Sumqayıtda yataqxanada yanğın - 25 nəfər təxliyə edildi




Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin ümumi dəhlizində yerləşən sahəsi 30 kvadratmetr olan mətbəxin yanar konstruksiyaları yanıb.

Sherg.az Trend-ə istinadən bildirir ki, yüksək temperaturdan mətbəxin və dəhlizin lambirindən ibarət tavanı 60 kvadratmetr sahədə əriyib. Yanğın zamanı 3 sakin yanğınsöndürənlər tərəfindən xilas edilib və 25 sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Dəhlizin qalan hissəsi və bina yanğından mühafızə olunub. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.