"Suriyada başqa bir dövlətin yaradılmasına yol verməyəcəyik ! "




"Biz ölkəmiz və millətimiz üçün çalışarkən FETÖ xəyanət dəstəsinin ordunun içərisindəki mənsubları dövlət çevrilişinə cəhd göstərdi".

"Sherg.az” milliyet.com.tr-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident sarayında keçirilən "39-cu Bələdiyyə Başçıları Toplantısında" deyib. 

Prezident bildirib ki, Suriyada terror təşkilatlarının vasitəsilə dövlət qurulmasına imkan verilməyəcək:

"Çevrilişin ardından Suriyada yaradılmağına çalışılan terror dövlətinə qarşı gediş edib, "Fərat Qalxanı” əməliyyatını keçirdik. Terror təşkilatı PYD/YPG-yə sözdə dövlət qurmağa imkan vermərik. Bəziləri Kürd dövləti deyir, mən bunları Kürd qardaşlarıma təhqir kimi qəbul edirəm. Suriyada başqa bir dövlətə heç vaxt yol verməyəcəyik. 

Bizlər 80 milyon yeganə dövlətik. Bu vətəni parçalamağa cəhd edənlərə biz hər tərəfi məzar edərik. Hazırda Suriyanın şimalında, 2000 kvadrat kilometrlik sahə Türkiyənin nəzarətindədir”.

Aysel Aslan