"Sürücülərin plan ödəməsi saxlandıqca, problemlər də qalacaq"
15:33 30.03.2017
Arxiv
632
"Vahid kart sisteminə keçid nəqliyyat sahəsindəki pərakəndə vəziyyəti aradan qaldırmağa kömək edəcək”.
Bunu Sherg.az-a paytaxtda fəaliyyət göstərən bütün sərnişin avtobuslarının vahid kart sisteminə keçməsinin faydalarından danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
O, kart sisteminə keçidin nəqliyyatdakı problemləri qismən aradan qaldıracağını düşünür:
"Avtobusların kart sistemi ilə işləməsi nəticəsində vergidən yayınmaq mümkün olmur. Büdcəyə xeyli vəsait toplanır. Sürücülər maaş sistemi ilə işlədiyindən heç bir halda bir-biri ilə yarışlara çıxmır. Dayanacaqlarda digərlərini üstələmək üçün mane törətmirlər. Amma sürücülər maaş sisteminə keçirilməsə, bəzi problemlərin düzəlməsi çətindir. Avtobus sürücülərinin plan sistemi ilə işləməsi saxlandıqca, lüks avtobus, hətta təyyarə də gətirilsə, onlar əməllərindən əl çəkməyəcəklər ki, günün sonunda 5 manat qazancı artıq olsun.
Hazırda bir qədər narazılıq var ki, çox avtobuslarda kart sistemi qurulmayıb. İnsanların əksəriyyəti isə hələ də kartlardan istifadə etmir. Ona görə də, kart sisteminə keçməyən avtobuslar istədikləri yerdə saxlayır, istədikləri yerdə sərnişin mindirib, düşürürlər. Kart sistemi ilə işləyən daşıyıcı şirkətlər isə istər-istəməz narazılıq edir ki, biz bu qədər vəsait xərcləyib, kart sistemi qurduğumuz təqdirdə, başqaları bunu təmin etmir. Buna baxmayaraq, nağd işləyən avtobuslar daha çox işləyir və daha çox qazanır. Bütün bunları nəzərə aldıqda vahid kart sisteminə keçid bir qədər tez olarsa, daha yaxşı nəticələr əldə etmək mümkünləşər”.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli 2018-ci ilin sonuna qədər Bakıda sərnişindaşıma üzrə fəaliyyət göstərən bütün avtobusların kart sisteminə keçəcəyini açıqlayıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə