“Şuşa” batalyonunun erməni komandiri tutuldu

Jirayr Sefilyan qanunsuz odlu silah daşımaqda ittiham edilir



Jirayr Sefilyan saxlanılıb. ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Sefilyan odlu silah saxlamaqda ittiham edilərək polis tərəfindən saxlanılıb.
Ermənistan Tədqiqat Koçitəsindən verilən məlumata görə, may ayının 20-də Tsitsernakerdsk şosesində qəza baş verib. Maşınlardan birində "АК – 74" avtomatı və 120 patron tapılıb.
Sürücü və sərnişinə qarşı qanunsuz silah saxlamaq və daşımağa görə ittiham irəli sürülüb.
Jirayr Sefilyan həm də "Yeni Ermənistan” partiyasının lideridir.