Beynəlxalq Türk Akademiyası (TWESCO) Monqolustan Elmlər Akademiyasının Tarix və Arxeologiya İnstitutu ilə birlikdə "Şivvet Ulan” ayinlər abidəsi yerləşən ərazisində 2017-ci il iyunun 15-də başladıqları arxeoloji qazıntıların araşdırılamsı başa çatıb.
Ekspedisiyada iştirak edən arxeoloqlar və alimlər ötən əsrlərdən qalan qədim kitabələr və daşlar ,eyni zamanda məbədin ətrafında təmizləmə işləri aparıblar. Qədim daşlar torpaq qalıqlarından və kənar təsirlərdən yaranan yığıntılardan təmizlənib. Və məbədin içərisinə gedən üç yol açılaraq iqamətgahın mərkəzinə gədər təmizlənib.

Arxeoloji qazıntılar zamanı məlum olub ki, səkkizguşəli dördkünc türk məbədi daşdan tikilib. Məbədin ortasında daş insan heykəli də aşkar edilib. Adətən ayinlər keirilən zaman istifadə olunan belə bir daş abidədən ötən ilki arxeoloji qazıntılar zamanı da üzə çıxarılmışdı.
Məbədin əsas meydançasında itilənmiş bıçaq, bəzəkli daş qırıqları, dəmir ox ucluqları, əqiq və yaqutdan düzəldilmiş muncuqlar, dəmir bel kəmərləri daş muncuqlar , və dəmirdədn düzəldilmiş düymələr də tapılıb.
Məlumdur ki, qədim türk dövründə dünyadan köçən yüksək mərtəbəli şəxslərin və hakimiyyət nümayəndələrinin, imperiya rəhbərlərinin—xaqan, yaqbu, şad, tərxan, teginlərin şərəfinə, onların xatirəsinə hörmət əlaməti olaraq, onların ruhları ilə əlaqə yaratmaq üçün ayinlər keçirilməsi üçün məbədlər tikilirdi.
Bütün Mərkəzi Asiya regionunda Göy türklərin hakimiyyəti dövründən yadigar qalan Şveet Ulan məbədi də belə ayinlər keçirilən məskənlərdən biri kimi bu günümüzə qədər gəlib çıxıan yeganə və təkrarolunmaz abidədir. Akademiya qədim türk abidələrini gələcəkdə də axtarmaqda və tədqiq etməkdə davam edəcək.Xatırladırıq ki, Türk Akademiyası ötən il də Monqolustanda yerləşən Şveet Ulan ayinlər məbədinə ekspedisiya təşkil etmişdi. Ekspedisiyada Azərbaycan, Qazaxıstan, Monqolustan, Türkiyə və Rusiyadan gəlmiş jurnalistlər də iştitak edirdilər.