Taksi sürücüsü Təhsil Nazirliyini ifşa etdi - Məntiqi izah




"Dünən taksidə gedərkən sürücü məktəbdə dərs müddətinin uzadılması ilə bağlı maraqlı məntiq ortaya qoydu". 

Sherg.az xəbər verir ki, bu barədə öz Feysbuk səhifəsində tanınmış jurnalist Teymur Abdullayev yazıb. Həmkarımız qeyd edib ki, taksi sürücüsü ona bunları söyləyib: 

"Dedi ki, a bala, elə bil sənin obyektin var, onun ildə çox işləməsi sənə sərf edər yoxsa az işləməsi? Hamı bilir ki, məktəblərdə yüz cür bəhanə ilə pul yığılır, büdcədən pul silinir. Dərs olmayanda isə nə şagirdlərin valideynlərindən pul ala bilirlər, nə filan işi gördük deyib büdcədən pul silə bilirlər. Odur ki, Təhsil Nazirliyi obyektini bağlamaq istəmir. Əlacları olsa, vaxtı iyunun 15-dən o yana da, dərslər başlayan vaxtdan bu yana da çəkərlər".

T.Abdullayev onu da əlavə edib ki, taksi sürücüsünün sadə, lakin tutarlı məntiqinə söz tapa bilməyib.