TAP-ın ilkin yoxlamalarına başlanılacaq
13:53 11.03.2021
Arxiv
365
“NDT Global” şirkəti Trans Adriatik Boru Kəməri üzrə ilkin yoxlanışların həyata keçirilməsi üçün TAP konsorsiumu ilə müqavilə imzalayıb.
Oxu.Az-ın məlumatına görə, ultrasəs yoxlamalar və akustik rezonans texnologiyalarının aparıcı tədarükçüsü olan şirkət uzunluğu 878 kilometr olan irihəcmli qaz kəməri sisteminin tədqiqi üzrə dağlıq ərazilərdə, yüksək hündürlüklərdə və mürəkkəb sualtı dərinliklərdə yoxlamaları həyata keçirəcək.
Şirkət yoxlanışları ART Scan texnologiyaları vasitəsilə icra edəcəyi və bu texnologiyaların boru xəttinin davam etdiyi çətin relyeflərdə araşdırma qabiliyyətlərinə malik olduğunu bildirib.
Xatırladaq ki, ötən ilin noyabr ayında kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətinə gətirilən Trans Adriatik Boru Kəməri (TAP) ilə 2020-ci il dekabrın 31-də kommersiya məqsədli Azərbaycan qazının Avropaya tədarükünə start verildi.
Layihənin başa gəlməsində Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya yaxından iştirak ediblər. Artıq 2021-ci ilin ilk günlərindən etibarən İtaliya, Yunastan və Bolqarıstan kommersiya məqsədli Azərbaycan qazını əldə ediblər.
TAP vasitəsilə Şahdəniz yatağından hasil edilən təbii qaz Yunanıstan ve Albaniya ərazilərindən, həmçinin, Adriatik dənizindən keçərək İtaliyanın cənubuna nəql edilir. Bununla da Bolqarıstan qaz tələbatının 30 faiz, Yunanistan qaz tələbatının 20 faiz və İtaliyanın qaza olan tələbatının təxminən 10 faiz təmin ediləcək.
Qeyd edək ki, TAP-da SOCAR-la yanaşı, BP 20 faiz, Snam S.p.A 20 faiz, Fluxys 19 faiz, Enagas 16 faiz və Axpo 5 faiz paya sahibdirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu bu kəndi azad etdi
17:01 11.02.2026
Dünya
Elşad Həsənov 70 yaşını böyük yubiley tədbiri ilə qeyd etdi
16:46 11.02.2026
Cəmiyyət
Azərbaycanın müsəlman dünyasındakı nüfuzu artmaqdadır - ANALİZ
16:39 11.02.2026
Gündəm
Avropa İttifaqı dronların kütləvi istehsalını planlaşdırır
16:37 11.02.2026
Dünya
Ukrayna lazer HHM sistemi yaratdı
16:30 11.02.2026
Dünya
“Maariv”: Tramp sonda İrana hücum qərarı verəcək
16:07 11.02.2026
Gündəm
Vens İrəvanda ilk addımı Azərbaycan xalçasına atdı
15:54 11.02.2026
Gündəm
Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyub
15:29 11.02.2026
Gündəm
Zatulin Ermənistana qəzəbləndi: Bu, Rusiyaya hücumdur
15:00 11.02.2026
Gündəm
Ərdəbildə daha 100 nəfər həbs edildi
14:58 11.02.2026
Region
Daily Mail: Böyük Britaniya Rusiya ilə mümkün münaqişəyə hazırlaşır
14:50 11.02.2026
Dünya
İrandan Ərdoğana ABŞ danışıqları üçün xüsusi təşəkkür gəldi
14:36 11.02.2026
Gündəm
Türk Hava Yolları martdan İrəvana uçuşlara başlayır
14:30 11.02.2026
Gündəm