Tarif dəyişikliyi əhalinin orta aylıq xərcinə təsir etməyəcək
Fidan Həmişəyeva
14:27 30.06.2021
Arxiv
513
Bu gün Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib. SOCAR Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abonentlərinin sayının 18 faizə yaxın artması nəticəsində xərclərin yüksəlməsi göstərilir.
Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.
Bildirilib ki, təbii qaz üzrə tarif tənzimlənməsi əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərməyəcək. Kənd təsərrüfatı və sənaye məhsullarının qiymətləri sabit qalacaq.
Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi dəyişdirilməyib. Həmçinin qeyd olunub ki, təbii qaz üzrə tarif tənzimlənməsi elektrik enerjisinin qiymətinə təsir göstərməyəcək. Tarif dəyişikliyi əhalinin 51 faizinin orta aylıq xərcinə təsir etməyəcək və qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.
Yeni qərarı “Sherg.az”a dəyərləndirən iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, istənilən artım, differensial qaydada olsa belə, əhali tərəfindən rəğbətlə qarşılanmır:
“Öncədən də əhaliyə differansial qaydada qaz taarifləri tətbiq olunurdu. Bir abonent illik 210 manat dəyərində, yəni 2100 kubmetr qazı 10 qəpiklə ala bilirdi. Lakin bu günkü iclasda dəyişiklik edildi.
Yəni 2100 kubmetrdən 1200 kubmetrə qədər azalmalar oldu. Sabahdan Azərbaycan vətəndaşları illik 1200 kubmetr qazı, yəni 120 manatlıq qazı 10 qəpiyə ala biləcəklər.
2500 kubmetrdən yuxarı istehlak edənlər isə 25 qəpiklə alacaqlar. 10 qəpiyə alına biləcək qazın miqdarı əhali üçün azalıb. Bir neçə vaxt öncə verilmiş qərar 170 manatlıq idi. Əhalinin kütləvi olaraq cənab Prezidentə müraciəti nəticəsində bu rəqəm 210 manata qaytarıldı. İndiki halda isə yenidən azalmalar oldu.
Əlbəttə ki, bu, qazdan istifadə edən əhalinin xərclərini artıracaq. İlin əvvəli yanacağın qiyməti qalxanda bir çox ekspert məhsulların bahalaşmasına dair proqnoz verdilər.
İndiki vəziyyətdə əsasən də 10 qəpiklik qaz istehlakçısı olan vətəndaşların xərcləri çoxalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət