
"Tatuirovka sifilis, hepatit, dəri xərçəngi kimi ağır xəstəliklər yaradır" - Baş həkim
15:38 08.11.2017
Arxiv
1546
Həmid Mustafayev:" Belə döymələrdən sonra dəri xərçəngi xəstəlikləri, eqzemalar, allergik dermatitlər və s. yarana bilər. Tatuların bu kimi fəsadlarının bəzən müalicəsi belə mümkün olmur"
"Bədənə döymə vurulması mentalitetə uyğun olmayan çağdaş "mədəniyyətdir””.
Bunu "Sherg.az”a dəriyə tatuirovka vurulmasının fəsadlarından danışarkən "Turan” klinikasının baş həkimi, dermatoloq Həmid Mustafayev deyib.
Məlum addımları kəskin tənqid edən həkimin sözlərinə görə, bu, rəssamlığın bir növüdür:
"Əslində bu ifrat incəsənətdir. İnsanlar hər yerə rəsm çəkdilər, sonda isə öz bədənlərinə müxtəlif döymələr etməyə qərar verdilər. Döymə vurulmasını yolunu azmış insanların əməlləri kimi qiymətləndirmək olar.

Bir fizioloji orqanizmə kənardan müdaxilə edilməsi ciddi tibbi fəsadlar da yaradır. Bu proseduralarda bədənə yeridilən mürəkkəb yad maddədir. Belə döymələrdən sonra dəri xərçəngi xəstəlikləri, eqzemalar, allergik dermatitlər və s. yarana bilər. Tatuların bu kimi fəsadlarının bəzən müalicəsi belə mümkün olmur.
Döymə vurulmasının hansı şəraitdə həyata keçirilməsi aktualdır. Çünki bu proseduraların əksəriyyəti adi salonlarda həyata keçirilir, heç bir sterilizasiya qaydalarına əməl olunmur. İnsanlara müxtəlif infeksiyalar, sifilis, hepatit kimi ağır xəstəliklər yoluxdurulur. Nəticədə gənclərin adi əyləncə, zövq, dəb kimi yanaşdığı döymələr ağır nəticələri ilə qalır”.
Qeyd edək ki, son illər gənclər arasında yayılan döymə vurulması zamanla ciddi fəsadlara gətirib çıxarır. Elə, Polşanın Vrotslav şəhərində yaşayan gənc qız da gözlərinə tatu vurdurarkən görmə qabiliyyətini itirib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət