TƏBİB Tural Abbaslıya cavab verdi: 14 gün evdə qalmalıdır
16:26 19.04.2021
Arxiv
466
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Ağ Partiyanın rəhbəri Tural Abbaslının koronavirus testinin nəticəsinin pozitiv və sonradan neqativ çıxması ilə bağlı səsləndirdiyi iradlara münasibət bildirib.
"Sherg.az"ın məlumatına görə, TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış “report”un sorğusuna cavab olaraq qeyd edib ki, bu gün insanların ən çox rastlaşdığı hal pozitiv çıxan test nəticəsinin sonrakı gündə neqativ çıxmasıdır.
Onun sözlərinə görə, bu kimi hallarla bütün dünyada qarşılaşmaq mümkündür:
“TƏBİB olaraq dəfələrlə bunun izahı verilib və yenidən izah etməyi özümüzə borc bilirik. Əsas səbəblərdən biri o ola bilər ki, xəstəliyin bəzi mərhələlərində proses artıq yuxarı tənəffüs yollarında silinir və aşağı tənəffüs yollarına keçir.
Digər səbəb ikinci dəfə materialın düzgün götürülməməsi ola bilər. Yəni, yaxma daha dərindən, udlaqdan götürülməlidir. Siyahını daha da uzada bilərik.
Belə hallara Ümumdünya Səhiyyə Təşkilatının və digər tibbi qurumların tövsiyəsi onda ibarətdir ki, şəxs test nəticəsi pozitiv çıxandan sonra 14 günlük izolyasiya tədbirinə getməlidir.
Bu həm virusa yoluxan şəxsin, həm də ətrafdakı insanların təhlükəsizliyi və sağlamlığı üçün vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq
02:58 24.04.2026
Dünya
Robert Pattinson ailəsi ilə görüntüləndi
02:22 24.04.2026
Şou
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm