Təbii vasitələrlə sağlam qidalanma üsulları...



Qeyri-sağlam qidalanma və fiziki aktiv olmamaq bütün dünyada bir çox sağlamlıq problemlərinin əsas səbəblərindəndir.

Sağlam qidalanma piylənmə, diabet, ürək-damar xəstəlikləri, iflic və onkoloji xəstəliklər də daxil olmaqla bir sıra Qeyri-İnfeksion Xəstəliklərdən (QİX) qorunmağa yardımçı olur. Sağlam qidalanma vərdişi həyatın erkən dövründən başlanmalıdır. Həyatın ilk 2 ilində balanslı qidalanma QİX-ə yoluxma riskini azaldır və sağlam həyat sürülməsini dəstəkləyir.

Sherg.az olaraq sizə böyüklər üçün bir neçə sağlam qidalanma yollarını təqdim edirik:

Tam buğda məhsulları və gündəlik 400 qram meyvə və tərəvəz qəbul edilməlidir. Sadə şəkərlərdən alınan enerji ümumi enerjinin 10 faizindən az olmalıdır. Sadə şəkərlərə çay şəkəri, bal, cem, bəkməz, şirniyyatlar kimi qan şəkərini sürətlə qaldıran və qida dəyəri az olan qidalar aiddir.

Yağlardan gələn enerji ümumi enerjinin 30 faizindən az olmalıdır.

Gündəlik 1 çay qaşığından çox olmamaqla yodlu duz istifadə olunmalıdır.

Uşaqlar üçün isə sağlam qidalanma yollarına daha çox diqqət etmək lazımdır. Körpələr ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanmalıdır. 

6 aydan sonra körpəyə ana südü ilə bərabər yetərli və qidalandırıcılarla zəngin əlavə qida verilməlidir. Ana südünü ilk 2 il ərzində verilmək olar. Uşaqların qidalarına şəkər və duz əlavə olunmamalıdır.