Təcavüzə məruz qalan qızları döyən polislər də "ilişdi" - FOTOLAR

120 iş yerindən alınan 240 saatlıq təhlükəsizlik kamerası araşdırılıb
İzmirin Alsancak səmtində 10 avqustda yaşanan hadisədə, rəfiqələri ilə görüşüb oturduqdan sonra evlərinə getmək üçün hərəkətə başlayan 19 yaşlı Dərya Kılınc və  22 yaşlı Seray Gürerə yaxınlaşan motosikletli 2 adam əllə onlara qarşı tərbiyəsiz hərəkət edib. 
Türk mediası xəbər verir ki, vəziyyətə reaksiya verən qızlar, yolda qarşılaşdıqları rəsmi formalı polislərdən kömək istəyib. Ancaq bu zaman iki rəfiqə gözlənilməz bir reaksiya ilə qarşılaşıblar.  İddiaya görə, polislərdən biri, "Sizə bu da azdır. Halınıza baxın" deyə təpki göstərib. Bu sözlərə reaksiya verən Kılınc, bu dəfə polis məmurunun hücumuna məruz qalıb. Əvvəllər keçirdiyi yol qəzasında ayağı qırılan Kılıncı yerə yatırdan polis, təpik də atıb, vurmağı başlayıb.
Təhlükəsizlik kamerası qeydlərində əks olunan hücumun ardından Kılınc və Gürer, polisdən də şikayətçi oldu. Hadisədən sonra Əxlaq Büro Komandirliyi qrupları və asayiş qrupları, 120 iş yerindən alınan 240 saatlıq təhlükəsizlik kamerasını araşdırıb. Şəxsiyyətləri təyin olunan motosiklet sürücüsü O. G. (24) ilə arxasında oturan S. Ç. (24) tutulub. İfadəsi alınıb, sərbəst buraxılan O. G., etirazdan sonra həbs olunub. Motosikletli təcavüzkar O.G.dan sonra Dərya Kılınca zərbə endirən polis məmuru O. Y., həbs olunub, lakin az sonra sərbəst buraxılıb.
İndi isə prokurorluq, polis məmuru O. Y. haqqında, "yaralama" və "təhqir" ittihamları ilə 5.5 ilə qədər həbs cəzası istəyiylə iddia açıb.