Təcili yardım avtomobili qəzaya düşüb yandı - KÜRDƏMİRDƏ




Kürdəmirdə təcili yardım maşını yük maşını ilə toqquşub. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının "Qazel” markalı avtomobili ilə vətəndaşa məxsus "KamAZ” markalı yük avtomobili toqquşub və yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində "Qazel” markalı avtomobilin yanar hissələri yanıb. "KamAZ” markalı yük avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.