Tehranın nikbinliyi əbəsdir
08:13 07.11.2018
Arxiv
621
Sanksiyalar İran üçün çox ciddi problemlər yaradacaq
ABŞ İranın neft sektoruna qarşı sanksiyalar tətbiq edib. Məlumat üçün bildirək ki, Tehranın nüvə silahı hazırlamağa çalışdığını iddia edən Vaşinqton bu ilin yayında razılaşmadan çıxıb. Avqustun 7-də İrana ilkin sanksiyalar tətbiq edilib. Noyabrın 5-dən isə sanksiyaların ikinci mərhələsi qüvvəyə minib. İran əleyhinə məhdudlaşdırıcı tədbirlərin Tehranın neft ixracına ciddi təsir göstərəcəyi, hətta öldürücü zərbə vuracağı deyilir. Sanksiyalar barədə danışan ABŞ Prezidenti Donald Tramp hazırkı sanksiyaların ən ağırı olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ İran iqtisadiyyatına dağıdıcı təsir göstərməyə başlayıb: "İranın milli valyutası bir il ərzində 70 faiz amortizasiyaya məruz qalıb.
Oktyabr ayının göstəricinə görə, ölkədə inflyasiya 37 faiz olub”. İran Prezidenti Həsən Ruhani yeni sanksiyalara dərhal reaksiya verib. O bəyan edib ki, ölkəsi neft ixracını davam etdirəcək və rəsmi Vaşinqtonu "peşman” edəcək: "ABŞ-ın sanksiyalarına baxmayaraq, neft ixracını davam etdirəcəyik. Amerika İranın neft satışını sıfırlamaq istəyirdi, lakin biz sanksiyaları qırmaq üçün neft satışını davam etdirəcəyik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə İrana tətbiq edilən sanksiyalara qarşı çıxıb. Ərdoğan mövqeyini partiyanın qrup toplantısında açıqlayıb:
"İrana qarşı sanksiyaları düzgün saymıram. Bu, dünyanın nizamını pozmağa yönələn addımlardır”. Azərbaycan Xarici İşlər Nazirliyi də sanksiyalarla bağlı açıqlama verib. Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, İran Azərbaycana qonşu ölkədir və bir çox sahələrdə mühüm tərəfdaşımızdır: "Eyni zamanda Azərbaycanla ABŞ arasında çoxşaxəli münasibətlər bizim üçün əhəmiyyət kəsb edir. Bu xüsusda ekspertlərimiz ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarını və onların mümkün təsir və nəticələrini ətraflı şəkildə araşdırır”.
Diqqətə çatdıraq ki, 5 noyabr sanksiyaları 6 maddədən ibarətdir. Birinci maddə İranın liman operatorları, yük və gəmiqayırma sektorunu əhatə edir. İkinci maddə İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışına beynəlxalq məhdudiyyətləri nəzərdə tutur. Digər maddələr isə İranın maliyyə, nəqliyyat, sığorta enerji sektoruna məhdudiyyətləri özündə əks etdirir.
Amerikanın Tehrana qarşı sərt siyasətini dəyərləndirən politoloq Zaur İbrahimli indiki sanksiyaların İran üçün çox ciddi problemlər yaradacağını bildirib:
"İran təbii ki, nikbin danışmağa çalışır. Amma nikbinlik üçün əsaslar azdır. Tehran hökuməti inkişafdan geri qalacaq. Hələ 2014-cü ildə İrana qarşı qəbul edilmiş "10 illik sanksiyalar” ölkəni xeyli sarsıtmışdı. İranın təzyiqlərə hansı səviyyədə dayana biləcəyi Avropa, Çin və Rusiyanın dəstəyindən asılı olacaq. Amma onların İrana dəstəyi o həddə olmayacaq ki, sanksiyaların təsirini kompensasiya etsin. İran üçün çox çətin mərhələ başlayır. Tehran ABŞ-dakı növbəti prezident seçkilərinə qədər gözləməyə üstünlük verəcək. Fikrimcə, növbəti iki il üçün İranın resursları kifayət edəcək. Amma uzunmüddətli perspektivdə İran özü üçün yeni imkanlar təmin etməlidir. Əks halda, İran Şimali Koreya təcrübəsini təkrarlaya bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa liderləri Putinlə telefon danışığı apardılar
14:55 27.10.2026
Gündəm
Neftçalada qəzada xəsarət alan gənc xəstəxanada ölüb
14:44 27.10.2026
Sağlamlıq
Azərbaycanın milli birliyi dövlətimizin ən böyük gücüdür - ŞƏRH
14:41 27.10.2026
Gündəm
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
14:14 27.10.2026
Gündəm
ADSEA: Növbəti illərdə Qarabağ və Baş Muğan kanalları tikiləcək
13:41 27.10.2026
Sosial
Mbappenin zarafatı iki sponsorunu itirməsinə səbəb oldu
13:28 27.10.2026
Futbol
Türkiyə ABŞ və Fransanın Qara dənizə hərbi keçidinə icazə vermədi
12:51 27.10.2026
Dünya
Sabaha olan hava proqnozu açıqlandı
12:41 27.10.2026
Ekologiya
Mirzoyan: Ermənistanın Aİİ-dən çıxarılması üçün hüquqi əsas yoxdur
12:40 27.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının tarixi açıqlandı
12:32 27.10.2026
Gündəm
Torpaqların alınması ilə bağlı yeni qaydalar müəyyənləşir
12:28 27.10.2026
İnfrastruktur
Rusiya Çubaysın 20 milyardını əlindən alır
11:57 27.10.2026
Dünya
Bakıda yeni park salınır - Foto
11:49 27.10.2026
Sosial
İranlılar çox ağıllıdır, amma onları məğlub etdik - Tramp
10:55 27.10.2026
Dünya