Təhsil Nazirliyi iş dəftərlərinə "yox" deyir, məktəblər isə əksini edir - SAYMAZLIQ
13:55 25.09.2017
Arxiv
812
Kamran Əsədov:“Qanunvericiliyin tələbinə uyğun olaraq iş dəftərlərinin orta ümumtəhsil məktəblərində istifadəsi birmənalı şəkildə yolverilməzdir"
İş dəftərləri və dərsliklərə əlavə digər vasitələr tədris proqramına daxil edilmir”.
Bunu "Sherg.az”a orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş iş dəftərlərinin qiymətləri və perspektivi barədə danışarkən təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov deyib.
O diqqətə çatdırıb ki, rəsmi şəkildə Təhsil Nazirliyinin təsdiq etdiyi dərs vəsaitləri sırasında heç bir iş dəftərinin adı yoxdur:
"Qanunvericiliyin tələbinə uyğun olaraq iş dəftərlərinin orta ümumtəhsil məktəblərində istifadəsi birmənalı şəkildə yolverilməzdir. Təəssüf ki, bəzi tədris prosesini düzgün qurmayan, keyfiyyətli dərs şəraiti qura bilməyən və öz rahatlığını düşünən müəllimlər şagirdlərə iş dəftərləri aldırır ki, vaxtın çoxu ona sərf edilsin.
Orta ümumtəhsil məktəblərində tədrisin aparılması haqqında qaydalarda göstərilir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dərsliklərin hər birində paraqrafın sonunda daxilində və yanında kifayət qədər həmin mövzunu əhatə edən sual və tapşırıqlar var.
İş dəftərləri müəllimlər tərəfindən xüsusi maraq qarşılığında aldırılır. Müəllimlər o məqsədlə bunu aldırır ki, şagirdlər çətin tapşırıqları həll edə bilməsinlər və müəllimə repetitor kimi müraciət etsinlər. İş dəftərləri sadəcə repetitorluğa xidmət edir.
Digər tərəfdən orta ümumtəhsil məktəblərində təsdiq edilib, müəllimlərə istifadə üçün verilən iş dəftərlərinin yaş xüsusiyyətləri, ağırlıq dərəcəsi şagirdlərin psixologiyasına uyğun deyil. Çünki hər hansı təhsil idarəçiliyi tərəfindən həmin iş dəftərlərinin məzmunu, formatı təsdiq edilməyib. Bu istənilən müəllif, kollektiv tərəfindən yazılıb, dərsliklərə əlavə vasitə kimi çap olunub. Lakin dediyim kimi, orta məktəblərdə bunların istifadəsi yolverilməzdir”.
Ölkə başçısının sərəncamını xatırladan K.Əsədov deyib ki, orta məktəb şagirdlərinin 1-11-ci sinfə qədər bütün dərs vəsaitləri dövlət büdcəsi tərəfindən onlara verilir:
"Bu, o deməkdir ki, ölkə prezidenti təhsilin əlçatan olmasına çalışır. Təhsildə bərabər imkanların yaradılması Azərbaycan Respublikası Prezidentinin 2013-cü ildə imzaladığı Təhsilin inkişafında Dövlət Strategiyasında öz əksini tapıb.
Hər valideynin imkanı yoxdur ki, şagird övladlarının hamısı üçün həmin iş dəftərlərini alsın. Yuxarı siniflərdə Dövlət İmtahan Mərkəzinin ayrı-ayrı fənlər üzrə dərc etdirdiyi test tapşırıqları var. Müəllimlər bunu da aldırırlar. Müəllimlər orta məktəblərdə yüksək səviyyədə dərs keçsəydilər, şagirdlər müəllim yanına getməzdilər. İş dəftərlərindəki tapşırıqlar da heç bir yeni bilik formalaşdırmır. Birmənalı olaraq, bundan istifadənin yolverilməz olduğunu düşünürəm”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya