Təhsili müəssisələrinə tələbə qəbulu planı ləğv edilib
20:39 21.12.2016
Arxiv
560
Yeni qaydalar hazırlanacaq
Ali, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planı olmayacaq. APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 21 dekabr 2016-cı il tarixli fərmanında əksini tapıb.
İndiyə qədər "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının müəyyənləşdirilməsi üzrə vəzifəni Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya, ilk peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planını Nazirlər Kabineti müəyyənləşdirib. Azərbaycan prezidentinin 21 dekabr 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın və Nazirlər Kabinetinin bu sahədə səlahiyyətləri ləğv edilib.
Digər dəyişiklik ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətinə daxil olan ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydaları ilə bağlıdır. Qəbul qaydalarının müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətlər hazırda TQDK-nın funksiyasını yerinə yetirən Dövlət İmtahan Mərkəzinə deyil, Nazirlər Kabinetinə verilib. Nazirlər Kabinetinə bir ay ərzində ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlərin nəzərə alınması və ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu qaydalarını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol