“Tələbə kreditlərinin faizsiz olması vacibdir”
08:06 20.09.2017
Arxiv
545
“Bunun üçün dövlət büdcəsindən vəsaitin ayrılmasına ehtiyac var”
Aztəminatlı ailələrdən olan tələbələrə verdiyi təhsil haqqı üzrə kreditlər faizsiz olub. "Maarifçi” Tələbə Kredit Fondunun məlumatına görə, kredit almaq istəyənlər üçün müraciətlərin qəbuluna başlanılıb.
Təqdim olunacaq təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Bəzi məlumatlarda isə bildirilir ki, tələbələrin kredit əldə edə bilməsi üçün təklif olunan şərtlər ciddi olduğundan onların əksəriyyəti bu imkandan yararlana bilmir.
Maraqlıdır, belə məlumatların yayılması nə dərəcədə həqiqətdir? Görəsən, ekspertlər bu cür kreditlərin verilməsini əlçatan hesab edirlərmi?
Tələbələrə təhsil kreditlərinin verilməsi ilə bağlı inkişaf etmiş ölkələrdə xüsusi praktika olduğunu deyən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib ki, həmçinin ölkəmizdə belə praktikanın tətbiqinə ehtiyac var. İqtisadçının sözlərinə görə, tələbələrə faizsiz təhsil kreditlərinin verilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmasına ehtiyac var: "Tələbələrin əksəriyyəti təhsil haqlarını və bir sıra xərcləri ödəməkdə çətinlik çəkirlər. Onların təhsil kreditindən istifadə etməyə və xərclərin ödənilməsində yardıma ehtiyacları var.
Aydındır ki, Kommersiya bankları öz vəsaitləri hesabına kreditlər versə, onlar bunu faizli şəkildə təklif edərlər. Təbii ki, bu, tələbələr üçün arzuolunan deyil. Ona görə də tələbə kreditlərinin faizsiz olması vacibdir və bunun üçün dövlət büdcəsindən bu istiqamətdə vəsaitin ayrılmasına ehtiyac var.
Əgər dövlət büdcəsindən bu istiqamətdə vəsaitin ayrılması təmin olunarsa, sözsüz ki, faizsiz kreditlərin verilməsi mümkün olar və tələbələr bu kreditlərdən istifadə edə bilərlər. Bunun üçün meyarların müəyyənləşməsinə ehtiyac var.
Xüsusən aztəminatlı tələbələrə belə bir imkanın tanıdılması lazımdır. Bütün hallarda tələbələrə faizsiz kreditlərin təklif edilməsi vacibdir və dövlət qurumları çalışmalıdır ki, daha qısa zamanda tələblərin bu cür kreditlərdən istifadə imkanlarına şərait yaradılsın”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya