Teleqüllə ətrafındakı sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb
11:53 19.10.2018
Arxiv
390
Bakının Səbail rayonunda Teleqüllə ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, həmin ərazilər də nə vaxtsa sürüşə bilər: "Sürüşmə zonasında tədqiqatlar aparılır və bu proses uzun çəkəcək. Sürüşmənin dərinlik müstəvisini tapmaq lazımdır. Sürüşmənin baş verməsi, istiqamətinin hansı tərəfə getməsini müəyyən etmək və qarşısını almaq üçün addımlar atılacaq. Biz bunun qarşısını almaq üçün iş görürük. Dron çəkilişləri də aparılır, kompleks tədbirlər görülür. Ətraflarda tədqiqat aparılır, lakin üst hissədə tədqiqat aparmaq mümkün deyil. Çünki burada hələ sürüşmə prosesi davam edir".
Q.Yetirmişli qeyd edib ki, ilkin məlumata görə, Badamdar ərazisində sürüşmənin dərinliyi aşağı hissədə 46 metr dərinlikdədir. Yuxarıda hansı dərinlikdə olması isə bilinmir:
"Sürüşmə zonasına Xəzərdə baş verən zəif təkanlar güclü təsir edə bilməz. Ölkədə zəif təkanlar mütəmadi olaraq baş verir. Bunları açıqlamırıq. Hər gün ən azı 5-10 belə təkan qeydə alınır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm