Telia şirkəti Azercell-dəki payını satmağa razılaşdı
18:13 05.03.2018
Arxiv
719
Telia Sonera və Turkcell-ə məxsus olan Fintur Holdings B.V. (Fintur) şirkəti özünün Azərbaycanın telekommunikasiya operatoru Azercell-in tam səhmdarı olan Azertel-dəki 51.3 faiz payını Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan Azintelekom-a satmağa razılıq verib.
Bu barədə şirkətin rəsmi internet saytında açıqlama dərc edilib: https://www.teliacompany.com/en/news/press-releases/2018/3/telia-company-agrees-to-divest-its-interest-in-azercell/
"Sevindirici haldır ki, biz Turkcell ilə birlikdə Azərbaycanda fəaliyət göstərən Azercell-dəki payımızı satmaq barədə birgə razılığa gəldik. Bu bizim Avrasiya məkanından çıxmaq üzrə səylərimiz çərçivəsində 4-cü satışdır. Bizim Yeni Nəsil Telco strategiyamıza əsasən əsas diqqəti artıq Nordik və Baltik regionuna yönəldirik. Mən Azercell-in bütün əməkdaşlarına göstərdikləri böyük zəhmətə və töhfəyə görə təşəkkür edir və onlara şirkətin fəaliyyətinin növbəti mərhələsində uğurlar arzu edirəm”, Telia Şirkətinin Prezidenti və Baş İcraçı Direktoru Johan Dennelind bildirdi.
Fintur özünün Azertel Telekommunikasyon Yatirim Diş Ticaret A.Ş (Azertel) şirkətindəki 51.3 faizlik payını Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan Azərbaycan Beynəlxalq Telekom MMC-yə (Azintelecom) satır. Fintur şirkəti hazırda Telia Şirkətinə (58.55 faiz) və Turkcell-ə (41.45 faiz) məxsusdur.
Azertel Azərbaycanın telekommunikasiya operatoru Azercell-in tam səhmdarıdır. Fintur-un Azertel-dəki 51.3 faiz payı üzrə razılaşdırılmış məbləğ 222 milyon Avrodur. Azercell-in 100 faiz kapital dəyəri 432 milyon avro, bazar kapitalizasiyası isə nağd və borcdan azad şəkildə 197 milyon avrodur. Məbləğ 2017-ci il göstəricilərinə əsasən EV/EBİTDA x 2.1-ə bərabərdir.
2017-ci ilin dekabr ayında 2.6 milyard isveç kronası məbləğində tanınan dəyərsizləşmədən əlavə, 3 milyard isveç kronası məbləğində tanınan toplanmış xarici valyuta itkiləri dayandırılmış əməliyyatlardan əldə olunan xalis gəlir kimi yenidən təsnifləşdiriləcək, lakin qrupun kapitalına əhəmiyyətli təsir göstərməyəcək. Əməliyyatın formal şəkildə xalis borc/EBİTDA əmsalını təqribən 0.1 dəfə artıracağı gözlənilir. Yekun rəqəmlər hesabların balans dəyəri və valyuta məzənnələrindəki dəyişiklikdən asılı olaraq müəyyən olunacaq.
Əməliyyatı imzalamazdan əvvəl Telia Şirkəti ciddi uyğunluq yoxlaması və alıcı üzrə yoxlama aparmış və bütün müvafiq yoxlamalar müsbət nəticə ilə başa çatdırılmışdır. Azərbaycanın tam dövlət mülkiyyətində olan şirkət olaraq Azintelecom Telia şirkətinin tələblərinə uyğun alıcıdır.
Əməliyyat hər hansı şərtdən (o cümlədən tənzimləmə və ya rəqabət ilə bağlı təsdiqlərdən) azaddır və artıq başa çatdırılmışdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region
Venesuelada zəlzələ qurbanlarının sayı artır
14:30 19.07.2026
Dünya
Masazır sakinləri narazıdır: Camaatı istidə işıqsız qoyublar!
13:57 19.07.2026
Cəmiyyət