Təqaüdçülər qarda ləyənlə sürüşdülər - VİDEO




Türkiyənin Ərzurum əyalətində bir qrup təqaüdçü ləyənlərlə sürüşmək üçün dağa çıxıb.
 

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Daily Mail"-də yer alıb. Məlumata görə, təqaüdçülər televiziyada qadınların qarda ləyənlərlə sürüşdüklərini gördükdən sonra həvəsə düşüblər. Onların bu eskprementi telefon vasitəsi ilə lentə alınıb. 5 nəfərdən ibarət qrup bu təcrübədən həzz aldıqlarını bildiriblər.
 

Cafər Sönməz adlı təqaüdçü televizorda gördüyü qadınlara meydan oxuyub: "Onları televizorda
gördükdən sonra biz də öz kəndimizdə belə bir şey etmək istədik. Buradan onlara səslənirik, gələn il görüşüb biri-birimizlə yarışaq ".