Teymur Musayev kollektivə təqdim edildi
10:25 24.04.2021
Arxiv
404
Aprelin 24-də Azərbaycan Respublikası Baş Naziri Əli Əsədov Səhiyyə nazirinin birinci müavini Teymur Musayevi nazirliyin kollektivinə təqdim edib. Tədbirdə nazirliyin kollegiya üzvləri iştirak ediblər.
Ə.Əsədov çıxış edərək dövlət başçısının aprelin 23-də imzaladığı sərəncamları diqqətə çatdırıb.
Teymur Musayevi təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Teymur Musayev bir sıra məsul vəzifələrdə fəaliyyət göstərib. Bu sahədə təcrübə, səriştə və idarəçilik bacarığına malikdir.
Dövlət başçısının müvafiq sərəncamına əsasən, Teymur Musayevin həmçinin Səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edəcəyini vurğulayan Əli Əsədov onun bu yüksək etimadın öhdəsindən gələcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edib ki, nazirlik sistemində, ayrı-ayrı sahələrdə başlanan islahatlar prosesi davam etdirilməlidir.
Baş Nazir Teymur Musayevə və nazirliyin kollektivinə qarşıda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.
Təqdimat mərasimində çıxış edən Teymur Musayev ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Teymur Musayev qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gün bütün sahələrdə gənc, peşəkar, vətənsevər kadrlara etimad göstərilir. Fəaliyyəti zamanı dövlətçilik, yüksək peşəkarlıq, şəffaflıq və ədalət prinsiplərini daim özünə rəhbər tutacaq.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini təyin edilib və digər sərəncamla Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavininə verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
10:45 12.10.2026
Hadisə