Təzyiqlər artır, Trampın arqumentləri zəifləyəcək
08:10 19.10.2018
Arxiv
751
"Böyük ehtimalla səudiyyəli jurnalisti öz ölkəsindən gələn killerlər öldürüb"
Bir müddət əvvəl itkin düşdüyü, bir sıra mənbələrin isə öldürüldüyünü iddia etdiyi Səudiyyə Ərəbistanlı müxalif jurnalist, "Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı olayı ilə bağlı yeni detallar üzə çıxıb. Türkiyəli kriminalistlər İstanbul şəhərindəki Baş Konsulluğun binasında axtarış aparıblar və əllərində içərisi dolu torbalarla çölə çıxıblar. Əməliyyat başa çatandan sonra hadisə yerindən çıxan polis əməkdaşının üzərindəki qırmızı ləkələr diqqəti cəlb edib. Axtarış nəticəsində çoxlu sübutların əldə edildiyi məlum olub. Bundan başqa, Baş Konsulluğa aid avtomobillər də bir-bir axtarılıb.
"Haber7” saytı yazıb ki, Camal Qaşıqçını öldürmək üçün Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik qrupun üzvü Meşal Saad əl-Bostani paytaxt Ər-Riyadda şübhəli avtomobil qəzasında ölüb. Leytenant Meşal Saad əl-Bostani Səudiyyə Ərəbistanın Hərbi-Hava Qüvvələrinin pilotu olub. Bildirilib ki, 31 yaşlı pilot jurnalistin qətli ilə bağlı sirləri də özü ilə aparıb. O, oktyabrın 2-də özəl təyyarə ilə İstanbula gələnlərdən biri olub. Bostani "Vindham qrand” hoteldə qaldıqdan sonra özəl təyyarə ilə Türkiyədən ayrılıb. Ankarda Türkiyə rəhbərliyi ilə danışıqlar aparan ABŞ-ın dövlət katibi Maykl Pompeo hadisəyə münasibət bildirib. Pompeo bəyan edib ki, jurnalistin itkin düşməsinin araşdırılması şəffaf olacaq. İştirakçılar, o cümlədən yüksək səviyyəli məmurlar da məsuliyyətə cəlb ediləcək: "Rəsmi əl-Riyad itkin düşən jurnalist Camal Qaşıqçı ilə bağlı məsələnin sonadək araşdırılmasında maraqlıdır. Səudiyyə Ərəbistanı hadisədə əli olan hər kəsi həbs etməyi planlaşdırır”.
Məlumat üçün deyək ki, Pompeo Camal Qaşıqçının itkin düşməsi ilə bağlı məsələni oktyabrın 16-da Ər-Riyadda Səudiyyə Ərəbistanının kralı Salman və vəliəhd şahzadə Məhəmməd ibn-Salmanla müzakirə edib. Oktyabrın 17-də isə Türkiyəyə yollanıb. Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə itkin düşən jurnalistlə bağlı danışıqlar aparıb. Bu arada ABŞ Senatı Donald Trampdan Camal Qaşıqçının öldürülməsiylə bağlı Səudiyyə Ərəbistanına sanksiyalar tətbiq edilməsi üçün mövqeyini müəyyənləşdirməsini tələb edib. Konqres Ağ Evin Qlobal Maqnitski Aktından yararlanmasını istəyib. Maqnitski Aktı insan haqlarını pozan hökumətlərə və şəxslərə qarşı tətbiq edilir.
Qaşıqçı müəmması ilə bağlı "Şərq”ə fikirlərini bölüşən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Konqresdə və Demokratlar Partiyasının içərisində Trampa qarşı çıxan xeyli qüvvələr var. Ekspertin sözlərinə görə, Qaşıqçı olayı Konqresin və medianın Trampa qarşı təzyiqlərinin və təhdidlərinin miqyasını bir qədər də artırıb:
"Tramp deyir ki, "ola bilsin, Qaşıqçı olayında Səudiyyənin əli var, amma biz ərəblərlə münasibətləri korlaya bilmərik, çünki ortada mühüm anlaşma var”. Səudiyyə Ərəbistanı ABŞ-dan silah-sursat almaqla bağlı razılaşma imzalayıb. Trampa görə, bu anlaşma yeni zavodların və iş yerlərinin açılması, iqtisadiyyatın inkişafı deməkdir. O, düşünür ki, əgər Səudiyyə Ərəbistanı ilə müqavilədən imtina edərsə, meydan Rusiyaya qalacaq və ərəblər Kremlə üz tutacaqlar. Əlbəttə, burada məntiq var. Amma Trampın rəqibləri əsasən, insan haqları və demokratiya məsələlərini ön plana çəkirlər. Qaşıqçı olayını fürsət bilən ölkədaxili güclər Trampa qarşı mövqelərini daha da sərtləşdiriblər. Ona görə də Konqres sanksiya tətbiq olunacaq ölkələr siyahısına Səudiyyə Ərəbistanını da daxil etməyə çalışır. Hesab edirlər ki, əgər İrana, Rusiyaya qarşı sanksiya tətbiq edilirsə, öz vətəndaşını qəddarcasına qətlə yetirən Ərəbistana qarşı niyə yumşaq davranılmalıdır? Məncə, Trampla Konqres arasında münasibətlər getdikcə daha da gərginləşəcək. Nəticədə Trampın arqumentləri zəifləyəcək. Çünki böyük ehtimalla səudiyyəli jurnalisti öz ölkəsindən gələn killerlər öldürüb. Onu da xatırladım ki, noyabrın 6-da Amerikada ara seçkilər var. Müxalifət bundan istifadə edərək iqtidarın mövqelərini zəiflətməyə çalışır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm