Tibb tarixində MÖCÜZƏ: insan başı köçürüldü
06:59 18.11.2017
Arxiv
786
Dünyada ilk dəfə insan başının köçürülməsi əməliyyatı həyata keçirilib.
Sputnik Azərbaycan "The Telegraph”a istinadən xəbər verir ki, 18 saatlıq əməliyyat Çində meyit üzərində keçirilib.
Əməliyyat zamanı onurğa sümüyü, sinir və qan damarları bərpa edilib. Uğurlu baş köçürmə əməliyyatı haqqında italiyalı neyrocərrah Sercio Kanavero Vyanada keçirilən mətbuat konfransında məlumat verib.
Əməliyyat həkim Xiopinq Renin başçılığı ilə Çində yerləşən Harbin Tibb Universitetinin komandası tərəfindən həyata keçirilib. Kanaveronun sözlərinə görə, bu yaxınlarda canlı insana baş köçürülməsi də həyata keçiriləcək.
Qeyd edək ki, 2016-cı ilin sentyabrında neyrocərrah baş köçürülməsi əməliyyatı həyata keçirmiş heyvanların (siçan və it) videosunu paylaşmışdı. Təcrübə zamanı heyvanlar üzərində onurğa beyni ilə minlərlə neyron arasında əlaqənin bərpa edilməsi üçün polietilen-qlikol istifadə edilmişdi.
Meyit üzərində aparılan əməliyyat, neyrodegenerativ problemdən əziyyət çəkən rus proqramçının başının dəyişdirilməsinə hazırlıq çərçivəsində reallaşdırılıb. Amma bu əməliyyatın həyata keçiriləcəyi haqda heç bir ciddi sübut yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə