Tiflisdə soydaşlarımız dinc aksiyaya başlayır
08:49 05.02.2019
Arxiv
514
Gürcüstan hakimiyyəti separatçının abidəsinin sökülməsi ilə bağlı göstəriş verməlidir
Bu gün saat 12:00-da Gürcüstan Parlamentinin qarşısında Abxaziyanın və Qarabağın işğalında iştirak etmiş separatcı erməni Mixail Avaqyana Axalkalakidə abidə qoyulmasına qarşı etiraz aksiyası keçiriləcək.
Aksiyada "Təxribatçılar, əlinizi Gürcüstan-Azərbaycan dostluğundan çəkin!”, "Separatçı Mixail Avaqyanın büstü götürülsün!”, "Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil!”, "Separatçılığa və separatçılara YOX!”, "Gürcüstan-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!” şüarlarının səsləndirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı Soyqırımını törədən cinayətkarlardan olan separatcı Mixail Avaqyana abidə ucaldılıb. Belə bir şəxsə Gürcüstanda abidə qoyulması həm ölkə daxilində gərginliyin yaranmasına, həm də dost və qardaş ölkə Azərbaycanla münasibətlərin pozulmasına zəmin yaradır. Ermənilər istisna olmaqla, milli dini və siyasi mənsubiyyətindən asılı olmayaraq, əksər Gürcüstan vətəndaşı separatçılığı kəskin pisləyərək, M.Avaqyanın büstünün götürülməsini tələb edirlər.
Gürcüstanın azərbaycanlı icmasının fəalları da bu hadisədən ciddi narahatlıq keçirdiklərini deyirlər. Soydaşlarımız Gürcüstan-Azərbaycan dostluğunun möhkəmlənməsi üçün bundan sonra da var gücləriylə çalışacaqlarını, amma Gürcüstanın ərazi bütövlüyünə qarşı vuruşmuş bir separatçıya abidə qoyulmasını qəbul etmədiklərini bildirirlər.
Qarabağın işğalında iştirak etmiş separatcı erməni Mixail Avaqyana Axalkalakidə abidə qoyulmasına qarşı nəzərdə tutulan etiraz aksiyasını müsbət dəyərləndirən "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli soydaşlarımızın narazılığının haqlı olduğunu deyib. Birlik sədrinin sözlərinə görə, Gürcüstan erməni döyüşçüyə heykəl qoymaqla soydaşlarımızın milli-ruhani dünyasına təcavüz etmiş hesab olunur:
"Paralel olaraq da mövcud vəziyyət Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığına xələl gətirən, regionda sabitliyin pozulmasına hesablanan bir təxribatdır. Soydaşlarımız da bu təxribatın dayandırılmasının və ona səbəb olan amilin aradan qaldırılmasını, bu addımı atan şəxslərin aşkarlanaraq cəzalandırılmasını, siyasi hakimiyyətin öz mövqeyini ortaya qoymasını tələb edir. Gürcüstan strateji müttəfiq kimi Azərbaycanın haqlı mövqeyini bilməli və onun yanında durmalıdır. Buna ermənilər təşəbbüs etsə belə, rəsmi Gürcüstan hakimiyyət orqanları bu məsələyə yox deməyi bacarmalı idilər.
Faktiki olaraq iki dövlət arasında dostluq körpüsü adlandırılan icmanın maraqları tapdanıb. Güman edirəm ki, soydaşlarımızın keçirdiyi aksiya dinc və siyasi şüarlar olmadan baş tutacaq. İstənilən halda Gürcüstanın ərazi bütövlüyünü, siyasi sistemini təhdid edəcək çağırışları yolverilməz hesab edirəm. Aksiya iştirakçıları dinc formada bu abidənin Gürcüstan üçün qara ləkə olduğunu və sökülməsinin vacibliyini ölkə rəhbərliyinin diqqətinə çatdırmalıdır ki, onlar münasibətlərə xələl gətirdiklərinin fərqində olsunlar”.
Z.Məmmədlinin sözlərinə görə, Gürcüstan hakimiyyəti bütün narazılıqları dəyərləndirməli və təcili olaraq abidənin sökülməsi istiqamətində göstəriş verməlidir:
"Paralel olaraq da Gürcüstanda mənimlə bağlı verilən qərarların artıq Azərbaycan və Türkiyənin siyasi dairələri fərqində olacaq. Deməli, bu təxribat yeni deyil. Hansısa qüvvələr elə ən başından bizim etnik kimliyimizə yönəlik məkrli siyasət yeridir. Gürcüstana girişimin yasaqlanması məsələsinə də bu kontekstdə baxılmalı və qadağa aradan qaldırılmalıdır. Bu addım soydaşlarımızın icma halında birləşməsinin qarşısını almaq üçün məqsədyönlü şəkildə ortaya atılan bir plandır. Eyni zamanda iki dövlət arasında etinasızlıq mühitinin yaradılmasına yönəlik bir təxribatdır. Bu təxribatın qarşısının alınması üçün Gürcüstan Parlamentinin qarşısında keçirilən aksiyaya mənəvi dəstək verirəm və həmin şüarları uğurlu hesab edirəm”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət