Toplan” sahibsiz itlərə Qayğı Mərkəzi itlər üçün yeni sığınacaqlar inşa edir
09:05 09.09.2019
Arxiv
1398
Bakı şəhərindəki sahibsiz itlərlə bağlı həyata keçirilən layihənin davamı olaraq yeni it sığınacağı yaradılacaq.
"Sherg.az" Trend-ə istinadən xəbər verir ki, Abşeron rayonu Pirəkəşkül qəsəbəsində 5 min it yerlik olacaq bu sığınacaqda "Toplan" sahibsiz itlərə Qayğı Mərkəzi tərəfindən küçələrdən toplanan və mərkəzdə müəyyən tibbi prosedurlardan keçən itlər məskunlaşacaq. Yeni sığınacaq sahibsiz itlərin məskunlaşma yeri olmaqla yanaşı, həmçinin onların baytar, qida və yaşayış üçün digər zəruri qayğı ilə əhatələndiyi məkan olacaq. Pirəkəşkül qəsəbəsindəki sığınacağın 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, "Toplan" sahibsiz itlərə Qayğı Mərkəzi fərdi şəxslər tərəfindən yaradılan sığınacaqlara dəstək göstərilməsi istiqamətində daha bir layihəni başa çatdırmaq üzrədir. Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki park ərazisində olan it sığınacağının müraciəti əsasında "Toplan" Mərkəzi onların mövcud şəraitinin yaxşılaşdırılması işlərini həyata keçirib. Müraciət əsasında "Toplan" sahibsiz itlərə Qayğı Mərkəzi tərəfindən itlər üçün yeni ünvanda müasir tələblərə cavab verən sığınacaq inşa olunub.
Sentyabr ayında istifadəyə veriləcək bu sığınacaqda it qəfəsləri, su, kanalizasiya və işıqlandırma sistemi qurulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual