Total ilə Anlaşma Memorandumu imzalanıb
15:04 05.02.2019
Arxiv
795
Energetika Nazirliyi və Fransanın "Total Eren” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu (AM) imzalanıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, sənədi energetika nazirinin müavini Elnur Soltanov və "Total Eren” şirkətinin Qafqaz ölkələrində biznesin inkişafı üzrə direktoru Emmanuel Terroir imzalayıb.
Anlaşma Memorandumu Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üçün əməkdaşlığı nəzərdə tutur.
Energetika nazirinin müavini E.Soltanov "Total” şirkəti ilə karbohidrogen sənayesində əməkdaşlıq əlaqələri, həyata keçirilən layihələrdən bəhs edib və bu təcrübənin bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıqla daha da zənginləşəcəyini söyləyib.
Nazir müavini ölkəmizin bərpa olunan enerji potensialı barədə ətraflı məlumat verib və bildirib ki, "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə külək, günəş və bioenerji üzrə 420 MVt yeni generasiya gücünün istifadəyə verilməsi əsas hədəflərdən biridir.
Bu hədəfə nail olmaq üçün bərpa olunan enerji sahəsi üzrə qanunvericilik bazası yaradılır, özəl investisiyaların cəlbi mexanizmləri müəyyənləşdirilir və bu işlərdə qabaqcıl təcrübəyə malik beynəlxalq enerji şirkətləri, maliyyə təşkilatları ilə əməkdaşlıq edilir: "Bu gün imzalanan bu sənəd "Total” şirkəti ilə əməkdaşlıqda yeni səhifə açmaqla bərabər, bərpa olunan enerjinin enerji istehsalında payının artrılması prosesinə töhfə verəcəkdir”-deyə nazir müavini əlavə edib.
"Total” şirkətinin ölkə üzrə direktoru D.Lemarşal Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirib. Bildirilib ki, "Total Eren” bərpa olunan enerji layihələrinin, xüsusən külək və fotovoltaik elektrik stansiyalarının inkişafı, maliyyələşdirilməsi və istismarı üzrə ixtisaslaşıb. Anlaşma Memorandumu şirkətin Azərbaycanda yaşıl enerjinin inkişafı sahəsində maraqlarını reallaşdırmağa imkan yaradacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol