Toyların bu qaydada keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA
18:24 07.04.2021
Arxiv
526
Azərbaycanda koronavirus pandemiyasına görə 1 ildən çoxdur ki, toyların, yasların və kütləvi toplantıların keçirilməsinə icazə verilmir. Pandemiyanın hələ nə zaman bitcəyi məlum olmadığı üçün toyların az sayda insanların iştirakı ilə keçirilməsi ilə bağlı müxtəlif təkliflər var. Azərbaycanda toyların keçirilməsinə nə zamandan icazə verilə bilər?
"Sherg.az" xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, bu çox ciddi məsələdir:
"Toylar olmaması 5-6 ildən sonra orta məktəbə gedən 1-ci siniflərin az olmasına səbəb ola bilər: "Eyni zamanda 18 ildən sonra hərbi xidmətə gedəcək oğlanların sayının az olmasına gətirib çıxara bilər. Hesab edirəm ki, bu məsələni hansısa formada tənzimləmək olar.
Artıq təbii ki, böyük şadlıq saraylarında, restoranlarda 400-500 nəfərlə toy keçirmək mümkün deyil. Bu gün buna icazə verilməsi də mümkün deyil.
Çünki dövlət belə kütləvi tədbirlərin keçirilməsini təxirə salıb.Burada əsas məqsəd vətəndaşlarımızın qorunması və kütləvi yoluxmanın qarşısını almaqdır. Ancaq kiçik formada 200 kvadrat metr ərazidə 40-50 nəfərlə toyların keçirilməsinə icazə verilməsi məsələsinə baxıla bilər. Təbii ki, yaxın təmas olmadan, karantin qaydalarının tələblərinə uyğun olması şərti ilə. Əgər bu gün restoranlarda bir masa arxasında 6 nəfərdən çox insanın toplaşmasına icazə verilmirsə, düşünürəm ki, restoran sahibi və toya edən şəxslər bu formada qaydalara əməl edərsə cərimələnmə təhlükələri də olmaz.
Hesab edirəm ki, bu qaydalara əməl edərək toyların keçirilməsinə icazə verilməsi məsələsinə baxıla bilər. Əlbəttə insanlarımızın qaydalara əməl etməsi vacibdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm