Toysuz qalan Aslan iş axtarır


Müğənni Aslan Hüseynov pandemiyada işsiz qalmasından şikayətlənib.

Sənətçi “Söhbət var” verilişində iş axtarışına çıxdığını söyləyib. O bildirib ki, heç bir gəliri yoxdur:

“Nə edim, iş axtarıram. Toy, nişan yoxdur. İstəyirəm profilimi dəyişim, başqa sahədə işləyim. Heç bir biznesim yoxdur. Ağlım olsaydı, zamanında biznes qurardım”.