Tramp əcnəbi tələbələrə "YOX" deyir?




ABŞ-ın yeni preizdenti Donald Trampın bu ölkəyə gələn əcnəbi tələbələrin sayını azaldacağı bildirilir.

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, bu barədə bir sıra Avrop ölkələrində müxtəlif fikirlərlə dolaşmaqdır. Məlumata görə, D.Tramp prezident seçildiyi andan bu məsələ gündəmə gəlib. Ona görə, ki, ötən illə müqayisədə 2016-cı ildə ABŞ-a gələn əcnəbi tələbələrin sayı 7,1 faiz artıb. Onlar içərisində çinli tələblərin çoxluq təşkil etdiyi söylənilir. Yəni cari ildə ABŞ -da təhsil alan çinli tələbələrin sayı 328547 nəfərə çatıb. Bu da Amerikada təhsil alan hindistanlı tələbələrdən 24,5 faiz artıqdır.

Bundan başqa xəbərdə qeyd olunur ki, bu məsələnin gündəmə gəməsinin səbəblərindən biri də seçki kampaniyası ərəfəsində Trampın miqrasiya və viza rejiminin sərtləşdirməsinə dair kəskin mövqe ilə çıxış etməsi olub. 
Məsələn, D.Trap çıxışlarının birində bəyan edib ki, müsəlman və digər miqrantlarla bağlı ciddi ölçülər götürüləcək. Əlbəttə, bu cür yanaşma bəzi tələbələri Amerikada təhsil almaq fikirindən döndərir".

Ayyət