Tramp Putinlə APEC sammitində görüşdü
16:59 10.11.2017
Arxiv
703
ABŞ və Rusiya prezidentləri Vyetnamda keçirilən Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığının (APEC) yubiley - 25-ci sammitində görüşüblər.
"Ölkə.Az” xəbər verir ki, görüş Vyetnamda APEC qonaqlarının şərəfinə həsr edilən şənlik tədbirində baş tutub. Belə ki, Putin şənlikdə ifaçıların çıxışlarını dinlərkən Tramp zala təşrif buyurub. Amerika rəhbəri Putinin yanına gəlib və iki ölkə rəhbəri gülümsəyərək bir-birilərini salamlayıblar. Daha sonra Trampla Putin əl sıxışıblar. Yanaşı oturan iki lider qısa müddət danışıblar. Daha sonra Tramp oturduğu yerdən qalxaraq Putindən təxminən 6 nəfərlik aradakı digər stola keçib. Daha sonra ölkə rəhbərləri səhnəyə çıxıblar. Səhnədə də Tramp Putinlə yenidən əl sıxışıblar. Daha sonra Putin Trampın yanında digər yerə keçib.
Qeyd edək ki, Tramp və Putin artıq bir neçə dəfədir ki, APEC toplantılarında üz-üzə gəlirlər. Bununla belə, onların rəsmi görüşü hələlik baş tutmayıb.
Xatırladaq ki, bu gün Ağ Evin katibi Sara Sanders APEC sammitində Trampla Putinin formal görüşünün baş tutmayacağını bildirib. O qeyd edib ki, Birləşmiş Ştatların lideri Donald Trampın sıx iş qrafiki səbəbindən bu görüşü təşkil etmək mümkün olmayacaq. Lakin Rusiya dövlət başçısı Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, prezidentlərin görüşünün razılaşdırılması davam etdirilir.
Bütün bunlara nəzər saldıqda və təhlil apardıqda, açıq şəkildə görmək olar ki, Tramp hökuməti Putinlə rəsmi görüşün baş tutmasını istəmir. Çünki Tramp APEC sammitində dəfələrlə Putinlə rastlaşıb. Hətta onlar qeyri-rəsmi şəkildə söhbət də ediblər. Onların danışığının uzun müddət davam etdiyini da görənlər olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi