Trampa daha bir pis xəbər: O da istefa verir




ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi Vess Mitçel vəzifədən istefa verəcək.

Axar.az xəbər verir ki, bu barədə departament rəsmisi özü məlumat verib.

Mitçel istefa qərarını ABŞ Prezidenti Donald Tramp və ya rəhbərliyinə qarşı etiraz olaraq qəbul etmədiyini deyib:

"Vəzifədə hər şeyi etdiyimə inanıram. Artıq uşaqlarımın mənə xalqdan daha çox ehtiyacı var".