Trampdan etirazçılara sərt mesaj: "Məni 11 milyon daha çox insan izlədi"

ABŞ-ın yeni prezidenti  Donald Tramp onu etiraz edən qruplara sərt ifadələrlə cavab verib.  Twitter-dən açıqlama yayan  Tramp, məşhur adlara reaksiya verərərək, etirazçılara "Seçkilərdə niyə səs vermədiniz?" deyə sual edib.
 Sherg.az türk mediasına istinadən xəbər verir ki,Tramp etirazlara dəstək verən məşhurların da pis davrandığını bildirib. Prezident  twitter-dən "Dünən etiraz nümayişlərini izlədim, ancaq ondan əvvəl bir seçki keçirdiyimizi unutmayın! Niyə bu insanlar səsvermə hüququndan istifadə etmədilər? Məşhurlar pis davrandı" deyə vurğulayıb.
"11 MİLYON DAHA ÇOX"
Media quruluşlarına da mesaj verən Donald Tramp, 20 yanvarda reallaşan andiçmə aşırt  mərasiminin izlənilmə nisbətlərini paylaşdı. 2012-ci ildə baş tutan törənlə  20 yanvardakı mərasimi müqayisə edən Tramp, son rəqəmlərin Obamanın mərasimindən daha çox olduğunu söyləyib: "Vay, televiziya reytinqləri açıqlandı: 31 milyon insan mərasimi  izlədi, 4 il əvvəlkindən daha yaxşı reytinq... 11 milyon daha çox insan izləyib!". (Yeni şafak)