"Travmatologiya İnstitutu adi klinikalardan deyil..." - 18 yaşlı gənc niyə öldü ?
15:45 28.09.2017
Arxiv
3977
Zəlimxan Məmmədli: "Həmin travmatoloq kifayət qədər professional, işini bilən həkimdir. Amma hər bir cərrahi əməliyyat riskdir. Bunu gözardı etmək düzgün deyil"
"Həkim səhlənkarlığı, insan həyatı çox həssas mövzudur. Bu məsələnin ictimailəşdirilməsinin tərəfdarı deyiləm”.
Bunu "Sherg.az”a Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 18 yaşlı gənc əməliyyat zamanı dünyasını dəyişməsinin səbəblərini izah edərkən həkim Zəlimxan Məmmədli deyib.
O bildirib ki, bu hadisənin səhlənkarlıq ucbatından baş verməsini zənn etmir:
"Həmin travmatoloq kifayət qədər professional, işini bilən həkimdir. Amma hər bir cərrahi əməliyyat riskdir. Bunu gözardı etmək düzgün deyil. Əvvəldən xəstəni əməliyyata hazırlamaq, xəstənin üzərində müəyyən dərmanların sınaqlarını keçirmək, bədənin reaksiyasını yoxlamaq tibbdə kifayət qədər asandır. Sovet dövründə həkim və xəstə arasında qeyri-rəsmi müqavilə imzalanırdı. Hətta bir uşağı əməliyyat etdikdə ölüm riski ola bilər deyə kağız imzalanırdı ki, bu zaman həkim günahlandırılmasın. Risk ən xırda cərrahi əməliyyatlarda belə var.
Travmatologiya İnstitutu adi klinikalardan deyil. Kifayət qədər peşəkar kollektivi, texniki təchizatı olan xəstəxanadır. Həmin əməliyyatı edən həkim kifayət qədər ixtisaslı, təcrübəli olmalıdır. Hadisənin səbəbinin müəyyən edilməsi, ekspertiza rəyinin açıqlanması çox önəmlidir.
Ümumiyyətlə isə əməliyyatdan əvvəl xəstənin orqanizmində bir sıra parametrlər varsa, müəyyən edilməlidir. Onun əvvəllər əməliyyat keçirməsi, immun sisteminin dayanıqlığı anestetiklərə münasibəti və s. araşdırılmalıdır. Bəzi insan var, fobiası var, həkim gördükdə halı pisləşir. Ona görə, obyektiv təhlil aparılıb, nəticə açıqlanmalıdır. Lakin belə cərrahi müdaxilələrdə risk yoxdur demək düzgün deyil”.
Qeyd edək ki, Salyan rayonunun Qızılağac kənd sakini, 1999-cu il təvəllüdlü Əliyev Səbuhi Rafiq oğlu əməliyyatdan sonra narkozdan ayılmayıb. Əməliyyata səbəb onurğa sütununun əyriliyi olub. Xəstənin yaxınları isə məsələdə xəstəxananın həkimlərinin, o cümlədən anestezioloqun məsuliyyət daşıdığını iddia ediblər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya