Faiq Ələkbərli: “Aşırı Qərb-Avropa heyranlığı bir çoxlarının gözlərini inanılmaz dərəcədə qamaşdırıb”
“Turanın parıldayan ulduzu...”
“20 ildən sonra Qazaxıstan Türk dünyasının lideri ola bilər”
Faiq Ələkbərli: “Aşırı Qərb-Avropa heyranlığı bir çoxlarının gözlərini inanılmaz dərəcədə qamaşdırıb”
Faiq Ələkbərli: “Aşırı Qərb-Avropa heyranlığı bir çoxlarının gözlərini inanılmaz dərəcədə qamaşdırıb”
(Əvvəli ötən sayımızda)
Müsahibimiz AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlidir (Qəzənfəroğlu).
- Ümumiyyətlə, hər hansı xalqın nə zamansa hansı torpaqlarda məskunlaşması, yerdəyişməsi haqqında mütləq qərar vermək doğru deyil. Bu anlamda türk xalqlarının Altaydan Anadoluya, Suriyaya, İraqa, Azərbaycana çox sonralar "gəlmə”si müddəası kökündən yanlışdır. "Avropa mərkəzçi” alimlərin "Ural-Altay türk ailəsi” nəzəriyyəsini ortaya atmaqda əsas məqsədləri də Ön və Orta Asiyanın yerli xalqları olan türklərin şanlı tarixinə və mədəniyyətinə kölgə salmaq olub. Ön Asiya və Kiçik Asiyada Hind-Avropa nəzəriyyəsini əsaslandırmağa çalışan "avropa mərkəzçi” alimlərin qarşılarına böyük Türk-Turan mədəniyyəti çıxıb. Bəlkə də bu qədər böyük və əski bir mədəniyyətlə, o cümlədən türk dilinin zənginliyi ilə qarşılaşacaqlarını gözləməyən alman, fransız, rus, ingilis alimlərinin əksəriyyəti çıxış yolunu "Ural-Altay” nəzəriyyəsini ortaya atmaqda görüblər. Uydurma "Ural-Altay nəzəriyyəsi”nin mövmcudmluğu Anadolu, Qafqaz, Orta Asiya, o cümlədən Avropanın böyük bir hissəsindəki (İtaliya, Bolqarıstan, Macarıstan və b.) tarixi-mədəni varlığını göstərməsinin əsas əngəlidir. Hər halda Şumer, Kuti, Turukki, Manna, Midiya, İş Quz kimi dövlətlərin tarixini və mədəniyyətini "Türk-Turan” nəzəriyyəsi ilə əlaqələndirmək daha məntiqlidir, nəinki "Ural-Altay”la.
Türklərin Ön Asiyaya "gəlmə” xalq olması nəzəriyyəsinin puçluğunun ortaya çıxarılması, yalnız Azərbaycan türkləri deyil, onun Qərbində olan Anadolu türkləri və Şərqində olan Türküstan türkləri qədər eyni dərəcədə önəmlidir. Ona görə də, Qərb ideoloqlarının bütün uydurmalarına baxmayaraq, bunun təsirindən az-çox kənarda qalan türk və əcnəbi alimlərdən Rza Nur, Osman Tuna, Məhəmməd Əmin Rəsulzadə, M.H.Vəliyev, Ziya Bünyadov, Yusif Yusifov, Tofiq Hacıyev, Firudin Ağasıoğlu, Qrablis, Hommel, Oppert, Says və başqalarının türklərin yalnız Ön Asiyaya deyil, Kiçik Asiyaya da guya "gəlmə” xalq olması nəzəriyyəsinə qarşı çıxaraq, bu ərazilərin yerli əhalisi olması müddəasını dəstəkləyiblər. Bu baxımdan "Türklər bu torpaqların yerli xalqıdır” müddəası Bütöv Azərbaycan və türklük ideyasının bütün daşıyıcıları tərəfindən qəbul edilməkdədir.
- Bəzən cəmiyyətdə belə fikirlər səslənir ki, qloballaşan dünyada millətçilik, türkçülük ideologiyası lazımlı deyil. Sizcə, gələcəyə doğru türkçülük məfkurəsi öz aktuallığını itirir, yoxsa daha çox zərurət halını alır?
- Doğrudan da bəzi tədqiqatçılar hesab edirlər ki, türkçülükdən, millətçilikdən çıxış etmək hazırkı şəraitdə mümkün deyil. Bunu, ötən əsrin əvvəllərində eynilə sosial-demokratlar və ittihadçılar deyirdilər. Bu gün isə özlərini demokratlar, liberalmlar, bir sözlə, vətəndaş cəmiyyəti, modernləşmə tərəfdarmları kimi təqdim edənlər həmin müddəanı önə çəkirlər. Bu cür düşünənmlərin fikrincə, 20-ci əsrin əvvəllərində türkçülük lazım və zəruri idi, indi isə artıq onlara bir o qədər ehtiyac yoxdur. Maraqlıdır ki, həmin dövrdə bu fikri müdafiə edənlər ən çox marksistlər olublar. Onlar hesab edirdilər ki, sosializm quruculuğunda millət və dinə yer yoxdur. İndi də bəzi ideoloqmlara görə, vətəndaş cəmiyyəti qurucumluğunmda millətə və dinə əhəmiyyətli pay düşmür. Çünki vətəndaş cəmiyyətində dini, milli, hətta sinfi ideologiyalar deyil, sağlam düşüncə, şüurlu azadlıq və məsuliyyət əsasdır. Hər hansı toplumda fərdin azadlığı millət və dövlətin azadlığından üstün tutularsa, həmin cəmiyyətin milli və siyasi varlığı gec-tez təhlükə altına düşəcək. Çünki fərd özünü daha çox azad hiss etdikcə, mənsub olduğu millət və dövlətə bağlılığı azalacaq. Bu mənada, insanın azadlığının millət və dövlətin azadlığı ilə müqayisə edilməsi, onların qarşı-qarşıya qoyulması doğru deyil. Fərd həmişə özünü millətin və dövlətin bir üzvü hesab etməli, müəyyən mənada öz maraqlarından millət və dövlət üçün güzəştə getməyə hazır olmalıdır.
Vətəndaş cəmiyyətinin mövcud olduğu bir çox Avropa ölkələrində, ABŞ-da milli və dini dəyərlərin yenidən dirçəldilməsinə cəhd başadüşüləndir. Çünki onlar anlayırlar ki, insan nə qədər dəyərli olursa-olsun, milli və dini dəyərlərdən uzaqlaşdıqca özgələşir. Bu özgələşmə vətəndaşın insani keyfiyyətlərdən mərhum olması ilə nəticələnir. Vaxtilə eyni hadisələr uydurma kommunizm dövründə yaşandı. Ruslar kommunizm məfkurəsi adı altında qeyri-rusları, xüsusilə türk-müsəlman xalqları milli və dini kimlikdən uzaqlaşdırmmağa çalışdılar və müəyyən qədər bunu bacardılar. Bununla da, türk-müsəlman xalqları daha çox özgələşməyə məruz qaldılar. Buna əks reaksiyanın nəticəsi kimi Çingiz Aytmatov "Gün var əsrə bərabər”, Oljas Süleymonov "Az-ya”, Bəxtiyar Vahabzadə "Latın dili”, "Gülüstan” əsərlərini yazdılar. Milli ideyalar olmadan istənilən beynəlmiləl, qlobal ideyaların heç bir əhəmiyyəti yoxdur. Üstəlik, beynəlmmiləl ideyaların aparıcılığı və milli ideyaların kölgədə qalması istənilən millət üçün çox təhlükəlidir. Bir amili hökmən nəzərə almaq lazımdır ki, beynəlmiləl ideyalardan adətən, bir millət digər millətlər üzərində hakim olmaq məqsədi ilə istifadə edir.
- Məcburi baş verən qloballaşma prosesi türk xalqlarının birləşməsinə təhlükə yaradırmı?
- Milli düşüncə sisteminin formalaşması prosesinin ləngiməsi fonunda, buna alternativ olaraq türk xalqlarında kənar ideyalar və ona uyğun qeyri-milli şüur formaları toplumun ayrı-ayrı təbəqələrinə bu və ya digər dərəcədə təsir göstərir. Çünki milli şüuru istənilən səviyyədə olmayan insanlar istər-istəməz alternativ ideyaların ya təsirinə məruz qalır, ya da özləri kənar ideyalara meyl edirlər. Bu, xüsusilə gənc Türk Cümhuriyyətləri üçün çox təhlükəlidir. Türklük şüurunun dirçəlməsi yolunda əsas problemlərindən biri təhsil və elm sahəsində çalışan müəllimlərin, alimlərin milli-mənəvi və fəlsəfi dünyagörüşlərinin millilik səviyyəsində olmamasıdır. Bu dövlətlər müstəqillik dönəmində milliləşmə yolunda elm və təhsil sahəsində bir sıra reformalar həyata keçirsələr də, hələ də ciddi problemlərlə baş-başadırlar.
Özəlliklə 1920-1930-cu illərdə Azərbaycanda, Türkiyədə və başqa türk dövlətlərində mövcud olmuş Qərb kosmopolitzminin türk dünyasında yenidən dirçəldilməsi müşahidə olunur. O zaman Azərbaycanda, Türkiyədə, Türküstanda Qərb kosmopolitzminin kor-koranə təbliğatçıları, indiki radikal tolerantlıq tərəfdarları kimi tara, saza, papağa, hicaba və başqa milli-dini dəyərlərə qarşı çıxırdılar. Bu gün də belə hallar müşahidə olunur. Az qala milli-dini dəyərlərə aid hər bir anlayış radikal tolerantlıq tərəfdarlarınca mühafizəkarlıq kimi qarşılanır. Bir sözlə, aşırı Qərb-Avropa heyranlığı bir çoxlarının gözlərini inanılmaz dərəcədə qamaşdırıb. Məncə, bu gün Sovetlər Birliyində yaşamış Türk Cümhuriyyətlərinin əsas problemi kosmopolit olmaq deyil, milli düşüncə sistemindəki problemlər olmalıdır. Biz, ilk növbədə Azərbaycan üçün insan, vətəndaş yetişdirməliyik, dünya üçün yox. Milli şüuru normal səviyyədə formalaşmayan bir cəmiyyətdə kənar ideyalarla bağlı mövcud olan təsəvvürlər yarımçıq olur. Türk toplumlarının milli şüurunda yarımçıq demomkratiya, yarımçıq kommunizm, yarımçıq liberalizm, yarımçıq islamçılıq hakimdir.
- Mətbuatda "Turanın parlayan ulduzu Qazaxıstandır!” ifadənizə rast gəldik. Mərkəzi Asiya ölkələrinin türk birliyinin qurulmasında rolunu necə dəyərləndirirsiz?
- Orta Asiya türkləri kimlikləri və dilləri ilə türk mədəniyyətinə daha çox yaxınlaşırlar. Qazaxıstanın türk birliyi çərçivəsində müəyyən işlər görməsi təqdirəlayiqdir. Çünki Qazaxıstanda əhalinin üçdə bir hissəsini, bəlkə də ondan da çoxunu ruslar və başqa millətlər təşkil edir. Bütün bunlara baxmayaraq, Qazaxıstanda milli kimliyin dərki, milli ədəbiyyatın yaranması ilə yanaşı, türk birliyinin yaradılması istiqamətində də müəyyən işlər görülür. Mənə elə gəlir ki, türk dövlətləri arasında ən böyük əraziyə malik olan Qazaxıstan gələcəkdə yaradıla biləcək Türk Federasiyasında mühüm mövqeyə malikdir. Bu günün Qazaxıstanı da sabah Orta Asiya və Qafqazda güclü bir dövlətə çevrildiyi halda, təxminən 20-30 ildən sonra türk dünyasının, ardınca da islam dünyasının lideri ola bilər. Sadəcə, Rusiyanın onun üzərində təzyiqləri Qazaxıstanın türk birliyində mühüm mövqe tutmasını əngəlləyir. Ancaq bütün hallarda Qazaxıstan türklərinin milli dirçəlişində və türk birliyi yönündə atılan addımlarda dövlət başçısı Nursultan Nazarbayev mühüm rol oynayıb. Sovetlər Birliyi dönəmində əhalisinin az qala yarısını ruslar təşkil edən Qazaxıstan bu gün yenidən Qazax türklərinin dövlətinə çevrilib. Eyni zamanda Qazaxıstanda rus dilinin təsiri xeyli dərəcədə azaldılaraq Qazax türkcəsi dövlətin rəsmi dili statusunu da gücləndirib. Son 25 ildə Qazaxıstanda yeni milli universitetlər təsis olunub, həmin ali məktəblərdə bütün türk ellərindən tələbələr təhsil almaqdadır. Üstəlik, Qazaxıstan elm adamlarının əsərlərində türklük və turançılıq ön plana gətirilib. "Alp Ər Tonqanın övladlarıyız” deyən Qazax türkləri ölkələrinin gələcəyini Türk Birliyində görürlər. Şübhəsiz, Qazaxıstan türklərinin Turan, türklük ideyalarına bu qədər bağlılıqları, onları ön plana çəkmələri digər türk xalqlarına da ciddi şəkildə təsir göstərməkdədir. Ona görə də, Qazaxıstanın yaxın illərdə yalnız Orta Asiyadakı türk xalqları deyil, bütün türk elləri arasında ön plana çıxacağına inanırıq. Hesab edirik ki, Qazaxıstan çağdaş dövrdə Turanın parlayan ulduzları arasında öz layiqli yerini tutacaq. Son zamanlar türk birliyinə doğru ciddi addımlar atmaq niyyətində olan Orta Asiya ölkələrindən biri də Qırğızıstandır. Qırğızıstanın yeni prezidentinin türk ruhlu bəyanatları göstərir ki, Türk Federasiyasının yaranması məsələsi realdır. Sadəcə olaraq, Qırğızıstanda olduğu kimi, başqa türk ölkələrində də müəyyən demokratik islahatların olması vacibdir.
- Hər zaman "turançılığa” qarşı qoyulan "irançılıq” anlayışının təhlükəsi nədir? İran rejiminin milyonlarla soydaşımızı milli məfkurədən uzaqlaşdırmaq siyasətini necə zərərsizləşdirmək olar?
- Çar Rusiyası Qacarları məğlubiyyətə uğradaraq Türkmənçay müqaviləsi imzaladıqdan sonra çar ideoloqları Azərbaycan türklərini parçalamaq üçün irançılıq, farsçılıq ideyalarına dəstək veriblər. Azərbaycan türkləri 3 min ilə yaxın yalnız İran-Turan müharibələrinin deyil, İran-Turan mədəniyyətlərinin də kəsişdiyi bir yerdə yaşadıqları üçün, istər-istəməz farsçılıq ideyaları da müəyyən yer tutub. Zaman-zaman farsdillilərə qaynayıb-qarışan, şiəliyə münasibətdə onlarla ortaq yol tutan Azərbaycan türklərindən bir qismi "iranlı” kimliyini özünə doğma sayıblar. Son əsrlərdə Azərbaycan türklərinin bir qismi arasında "İran”a bağlılıq "şiəlik”dən qaynaqlanıb. Molla rejiminin "irançılıq” siyasətinə qarşı ilk olaraq "Azərbaycan tarixi” kitablarında Səfəvilərin, Əfşarların, Qacarların hakimiyyətini "İran hökmranlığı” kimi qələmə verib, onları "yadelli hökmranlıq” adlandırmaqdan əl çəkməliyik. Nadir şah, Ağa Məhəmməd şah Qacar necə "yadelli hökmran” ola bilər ki, onlar Azərbaycanı hər şeydən üstün sayıblar. İran hakimiyyətində Azərbaycan türkləri mühüm yer tutmaqdadır.
"Molla” rejimi anlayırlar ki, hakimiyyəti, parlamenti, dini rəhbərliyi Azərbaycan türklərindən tamamilə kənarda tutmaq ağılsızlıq, məntiqsizlikdir. Son günlərdə yaradılmış türk millət vəkillərinin fraksiyası da göstərdi ki, son yüz ildə "irançılıq” ideologiyasının Azərbaycan türklərinin varlığının inkarı üzərində qurulması heç nəyi dəyişdirməyib. İrançı-şiəçi "mollalar” türk fraksiyanın yaradılmasına icazə verəndən sonra Azərbaycanda 6 illik ibtidai təhsil üçün Ana dili dərsliyi hazırlanması haqqında qərar da qəbul edib. Ancaq "molla” rejimi ikibaşlı oyun oynayır, Azərbaycan türklərinin milli varlığına fasiləsiz olaraq qəsd edir, onun dilini, mədəniyyətini, əxlaqını, həyat tərzini aşağılayır. Buna paralel olaraq türklərin "İran-fars” kökənli olması təbliğatını aparır. Digər tərəfdən "mollalar” din amilindən yararlanaraq Azərbaycan türklərinin müsəlman kimliyini bir oyun halına salırlar.
İsmayıl