“TurAz Qartalı-2017” təlimlərinə döyüş helikopterləri də qoşuldu




Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri bu gün də davam edib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35, Mi-17 və Sikorski S-70 helikopterləri iştirak edir.