Türkiyə: "ABŞ Zərrabı əleyhimizə danışmağa məcbur edir"
12:50 20.11.2017
Arxiv
378
Türkiyə hökuməti azərbaycan əsilli iş adamı Rza Zərrabın ABŞ-da həbs edilməsinin hüquqi deyil, siyasi məsələ olduğunu bəyan edib. Lent.az sözcü-yə istinadən xəbər verir ki, hökumət sözcüsü Bəkir Bozdağ bəyan edib ki, ABŞ həbsdə saxladığı iş adamını Türkiyəyə qarşı ifadələr verməyə məcbur edir: "Daha əvvəl də demişdik, Rza Zərrab məsələsi Türkiyəyə qarşı bir tələdir. Bu işin hüquqi təməli demək olar ki, yoxdur və siyasidir. 17-25 dekabrda FETÖ-nün edə bilmədiyi hüquq çevrilişinin ABŞ-ın əli ilə təkrarlanmasıdır. Zəhərli ağacın meyvəsi də zəhərli olar. Mövcud olmayan faktlar və sənədlər əsasında guya istintaq aparırlar. Türkiyə bir hüquq dövlətidir və bütün ticarət məsələləri qanun çərçivəsində həyata keçirilir. Hər hansı bir hüquqa zidd sövdələşmənin olması mümkün deyil. Bəzi qüvvələri bu yollarla Türkiyənin iqtisadi əlaqələrinə zərbə vurmaq istəməsi də açıq aydın görünür”.
Rəsmi Ankara adından çıxış edən Bəkir Bozdağ əlavə edib ki, ABŞ təqsirləndirilən şəxslər üzərində təzyiq yaradır: "Onlar indi girov kimi saxlanılır və bildirilir ki, bu ifadələri versəniz, cəzanız nə qədər azalacaq. Onları Türkiyə əleyhinə ifadələr verməyə məcbur edirlər. Bir daha bəyan edirəm ki, Türkiyəyə qarşı qurulmuş bu tələnin heç bir hüquqi əsası yoxdur”.
Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi sanskiyaları pozmaqda təqsirləndirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə