
"Türkiyə NATO ilə hərbi əməkdaşlığı dayandıra bilər" - PROQNOZ
14:49 20.11.2017
Arxiv
884
İlqar Vəlizadə:"NATO üzvləri Türkiyə ilə hərbi əməkdaşlığa məhdudiyyət qoyur, amma bu təşkilata rəqib ölkələr Türkiyə üçün bütün şəraitləri yaradır"
"Ola bilsin, Türkiyə prezidenti haqlı olaraq NATO-nun üzrxahlığını qəbul etmədi”.
Bu sözləri "Sherg.az”a NATO və Türkiyə arasında yaranmış gərginliyinin səbəbini izah edərkən politoloq İlqar Vəlizadə bildirib.
O qeyd edib ki, NATO-Türkiyə münasibətlərinin gərginləşməsinin əsasında ciddi amillər dayanır:
"Bunlar aradan qaldırılmayınca münasibətlər indiki vəziyyətdə qalacaq, hətta daha da mürəkkəbləşəcək. Baş vermiş insident də göstərir ki, münasibətləri gərgin situasiyada saxlamaq istəyən qüvvələr də nüfuzludur. Onlar öz planlarından əl çəkən deyillər.

Türkiyə müstəqil siyasət yürütməyə üstünlük verir. Bu həm İraqda, həm Suriyada, həm də digər bölgələrdə özünü göstərir. Eyni zamanda müstəqil olaraq Türkiyə hərbi-texniki siyasətini həyata keçirir. Digər dövlətlərlə münasibətləri də yaxşılaşdırmaq niyyətindədir. Bununla bağlı konkret addımlar atılır. Rusiyadan raket sistemlərinin alınması ilə bağlı saziş imzalanması və s. da bunu sübut etdi. Türkiyə NATO-nun - ABŞ-ın əzəli rəqibi olan Çinlə də hərbi əməkdaşlıq edir.
Bu da NATO ölkələrində narahatlıq yaradır. Maraqlıdır ki, Türkiyə NATO ölkələrində istehsal olunan hərbi texnikaya maraq göstərməsini də bəyan edib. Amma bu dövlətlər satmayıblar. Yəni, NATO üzvləri özləri Türkiyə ilə hərbi əməkdaşlığa məhdudiyyət qoyur, amma NATO-ya rəqib ölkələr Türkiyə üçün bütün şəraitləri yaradır. Ona görə, Türkiyə digər dövlətlərlə əməkdaşlığa üstünlük verir. Bu da adıçəkilən təşkilatı qıcıqlandırır.
Güman ki, belə vəziyyət davam edəcək. Gərginliyin davam etməsinin acınacaqlı nəticələri ola bilər. Türkiyə NATO-dakı fəaliyyətini dayandıra bilər. Düzdür, bu təşkilatdan çıxmaqdan söhbət getmir. Lakin hərbi iştirakdan yayınmaq məsələsi gündəmə gələ bilər.
NATO tarixində belə hadisə olub. 1966-cı ildə Franda Şarl de Qollun vaxtında həmin qurumla hərbi əməkdaşlıq dayandırılıb. Vəziyyət belə davam etsə, bu nümunəni Türkiyə də tətbiq edə bilər”.
Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın fotolarının düşmən hədəfi kimi göstərilməsinə görə bir daha R.T.Ərdoğandan üzr istəyib.
Türkiyə prezidenti isə bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
Xatırladaq ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib. Türkiyə prezidenti R. T. Ərdoğan hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb. NATO-nun rəsmi açıqlamasında R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabitin artıq işdən azad edildiyi bildirilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi, onun da işdən kənarlaşdırıldığı açıqlanıb. NATO baş katibi Yens Stoltenberq Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi ilə bağlı Türkiyədən üzr istəyib. NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə