“Türkiyə-Rusiya əlaqələri ABŞ-ı yumşaltdı”
20:25 07.11.2017
Arxiv
780
“Vaşinqtonun viza ilə bağlı addımını diplomatik jest saymaq olar”
ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəlikləri "məhdud sayda” vizaların verilməsini bərpa ediblər. Buna adekvat olaraq, rəsmi Ankara Amerika diplomatlarına vizaların verilməsini qismən bərpa edə biləcəyini bildirib.
Vaşinqtonun vizalarla bağlı yumşaldıcı addımı Türkiyənin baş naziri Binəli Yıldırımın ABŞ-a səfəri çərçivəsində atılıb. Baş nazirin Amerika rəsmiləri ilə görüşündə terrorçuluqla mübarizə, tərəflər arasında siyasi, iqtisadi və hərbi sahələrdə münasibətlər barədə danışıqlar aparılacaq. Bu, Donald Trampın hakimiyyətə gəlişindən sonra Türkiyədən Vaşinqtona baş nazir səviyyəsində ediləcək ilk səfər olacaq.
Tərəflərin münasibəti ilə bağlı "Şərq”ə danışan Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Türkiyə dövləti Amerika konsulluğunda öz maraqlarına qarşı işləyən casusu həbs edəndən sonra iki dövlət arasında münasibətlər gərginləşdi. Viza sisteminə qarşılıqlı qadağalar qoymaq həmin hadisədən sonra başladı. Amma son günlər yaşanan proseslərdən sonra ABŞ çox incə diplomatik addım atdı:
"Vaşinqton gördü ki, Türkiyə Rusiya ilə münasibətləri sıxlaşdırır. İki ölkə mühüm layihələr həyata keçirir. Amerikanı idarə edənlər yaxşı başa düşürlər ki, Türkiyənin Ağ Evə qarşı olan dövlətlərlə sıx əlaqə qurmasına icazə vermək olmaz. ABŞ-ın yumşalması ilk növbədə Türkiyə-Rusiya əlaqələrinin inkişafı ilə bağlıdır. Ona görə də Vaşinqtonun viza ilə bağlı addımını diplomatik jest saymaq olar”. Ekspertin sözlərinə görə, Türkiyənin NATO-nun qabaqcıl üzvlərindən biri olduğunu unutmaq olmaz: "Təşkilat çərçivəsində üzv ölkələrin bir-biri ilə əməkdaşlığı zəruri məsələdir. Baş nazir Binəli Yıldırımın AŞB-a səfəri və səfər öncəsi atılan yumşaldıcı addımlar münasibətlərin normala dönməsi, xüsusən viza rejiminin bərpası üçün yaxşı imkan yaradacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət