Türkiyə Suriyadan vuruldu: yaralananlar var




Suriyanın Cerablus şəhərindən Türkiyənin Qaziantep vilayətinə atılan mərmilərin partlaması nəticəsində 2 mülki şəxs yaralanıb.

Axar.az xəbər verir ki, yaralılardan birinin küçədə oynayan yeddi yaşlı Dilək Özbərk, digərinin isə 55 yaşlı Məhməd Özpolad olduğu bildirilib.

Məlumata görə, hər iki yaralının vəziyyəti ağırdır.