Türkiyə voleybolçuları 1/4 finaldadır





Bu gün ilk Avropa Oyunlarında qadınlar arasında keçirilən voleybol turnirində Rumıniyanı 3-0 hesabla məğlub edən Türkiyə komandası 1/4 finala vəsiqə qazanıb.
Dünya reytinqində 8-ci sırada qərarlaşan komanda üçün Kristal Zal 1-də keçrilən oyunda qazandığı qalibiyyət (25-16, 25-22, 25- 19) olduqca asan oldu.
Türkiyə sıralamada 3-cü yerdədir. Komandasına 25 xal qazandıran Polen Uslupəhlivan A qrupunda keçirilən oyundan sonra qalib olacaqlarına inanırdı:
Biz digər komandalarla müqayisədə daha güclüyük. Qrupda lider olacağımıza inanırıq və bunun üçün bütün gücümüzü ortaya qoyacayıq. Bizimlə eyni səviyyədə olan Azərbaycan  ən güclü rəqibimizdir”.
Bu məğlubiyyətlə Rumınya 4 ardıcıl oyunda iştirak etmə şansını da itirdi.Əgər İtaliya komandası rəqibi ilə oyunda məğlub olsa, onda komandanın mübarizədən kənarlaşması təsdiqlənəcək.