Türkiyədə avtobus TIR-a çırpıldı: xeyli ölü və yaralı var





Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, sürətlə hərəkət edən sərnişin avtobusu yol kənarında dayanan ağır tonnajlı yük maşınına (TIR) çırpılaraq yanıb. Nəticədə 9 nəfər ölüb, 19 nəfər xəsarət alıb. Ölü sayının artacağı ehtimal edilir.