Türkiyədə orta məktəbdə kütləvi zəhərlənmə baş verib





Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda Tofiq Fikrət adına orta məktəbdə kütləvi zəhərlənmə baş verib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, 20 şagird kəskin mədə bulanması və qusma səbəbindən xəstəxanalara çatdırılıb. Bildirilir ki, məktəbin yeməkxanasında istifadə müddəti başa çatmış qida məhsulundan istifadə olunmayıb.

Faktla bağlı təhqiqat aparılır.