Türkiyədə qətlə yetirilən qızların həyatı serial olur




Türkiyədə internet serialları sırasına daha biri qoşulur.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Çalınmış hayatlar" adlı ekran işi faciə ilə qətlə yetirilən Özgecan Aslan, Münevver Karabulut və Sarai Sierranın həyatından bəhs edəcək.
60 dəqiqəlik üç seriyadan ibarət olan serialın rejissoru Deniz Yılmaz Şayirdir. Layihənin ərsəyə gətirilməsi üçün qurbanların ailələrindən də icazə alınıb.
2009-cü ildə, 17 yaşında Cem Qaripoğlu tərəfindən vəhşicəsinə öldürülərək doğranan Münevver Karabulutu serialda Cansu Diktaş canlandıracaq.
2015-ci ilin fevralında Mersində avtobus sürücüsü Ahmet Sübhi tərəfindən zorlanaraq qətlə yetirilən Özgecan Aslana isə Özge Özkaplan həyat verəcək.
Foto çəkdirmək üçün ABŞ-dan İstanbula gələn və burada qqətlə yetirilən Sarai Sierranın rolu üçün isə Onuryay Evrentan seriala dəvət edilib.