Türkiyədən yeni fakt: bir milyondan çox türk ermənilər tərəfindən qətlə yetirilib
14:57 11.04.2014
Arxiv
693
"Türkiyədə bir milyondan çox türk erməni quldur dəstələri tərəfindən qətlə yetirilib". Trend-in məlumatına görə, bu barədə Türkiyə Baş nazirinin müavini Əmrullah İşlər "TRT Haber"-ə verdiyi açıqlamasında bildirib.
Ə.İşlər deyib: "1915-ci ildə türklərin "soyqırım" törətdikləri deyil, soyqırıma məruz qaldıqları barədə əlimizdə yetərincə sənədlər var".
Onun sözlərinə görə, erməni quldur dəstələri 1915-cil ildə Türkiyədə, sadəcə, türklərə qarşı deyil, eyni zamanda o ərazilərdə yaşayan ərəblər və kürdlərə qarşı da qətliam törədiblər.
Ə.İşlər onu da qeyd edib ki, Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılmasına hazırdırlar, lakin Ermənistan tərəfi hələ də təklifə münasibət bildirməyib.
Dünən ABŞ Senatının Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qətnaməni qəbul edib.
Xatrıladaq ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət