Türkiyəni növbədənkənar seçkilərə vadar edən İKİ SƏBƏB

"Türkiyənin Suriyada uğurlu hərbi əməliyyat həyata keçirməsi hakim siyasi partiyanın mövqeyini möhkəmləndirdi”.
Bunu "Sherg.az”a Türkiyədə növbədən kənar prezident və parlament seçkilərinə getməsinin səbəblərini izah edərkən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. 
O diqqətə çatdırıb ki, uğurlara baxmayaraq, qardaş ölkə iqtisadiyyatda inflyasiya artır:
"Seçkilər gələn il keçirilsə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) səslərini itirə bilərdi. Ona görə, Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədri Dövlət Baxçalı növbədənkənar seçki keçirilməsini təklif etdi. Ərdoğan Suriyada aparılan müharibədə də mövqeyini gücləndirməyə çalışır.
R.T.Ərdoğanın prezident seçilməsi şübhə doğurmasa da, partiyasının kifayət qədər səs toplayacağı sual altındadır. Seçki gələn il keçirilsə idi, AKP səslərini itirə bilərdi. Nə qədər ki, partiyanın reytinqi var, Ərdoğan seçki keçirərək, səslərini qorumağa çalışır”.
Qeyd edək ki, bir müddət əvvəl MHP sədri Dövlət Baxçalı 2019-cu ilin noyabrında keçiriləcək prezident və parlament seçkilərinin erkən keçirilməsini təklif etmişdi. Prezident R. T. Ərdoğan isə Baxçalının fikrinin aralarındakı görüş zamanı müzakirə ediləcəyini və yalnız bundan sonra münasibət bildirəcəyini açıqlamışdı. Artıq prezident Türkiyənin 2018-ci ilin iyunun 24-də erkən seçkiyə gedəcəyini açıqlayıb.
Aysel Aslan