Türkiyənin səfiri qəflətən öldü




Türkiyənin Benin respublikasındakı səfiri Turqut Kural qəflətən dünyasını dəyişib.

"Sherg.az"Trend-ə istinadən xəbər verir ki, diplomatın ötən axşam infarktdan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, T.Kural 2014-cü ildən Türkiyənin Benində səfiri vəzifəsində çalışıb.

Türkiyənin Xİ rəhbəri Mövlud Çavuşoğlu səfirin vəfatı ilə bağlı özünün "Twitter" səhifəsində başsağlığı verib.