Türkiyənin ürəyini sızladan uşaq əməliyyat olundu

Baş nazirliyin sahib çıxdığı "Von recklinghousen” xəstəsi İsmayıl Karabulut dünən əməliyyat olundu.
Balıkesirin Sındırgı qəsəbəsində imam olaraq vəzifə yerinə yetirən Eyüp Karabulutun 7 yaşlı oğulu İsmayıl Karabulut, dünən Hacettepe Universitetində ilk əməliyyatını keçirdi. Baş-boyun cərrahı Prof. Dr. Taner Yılmaz tərəfindən aparılan əməliyyatda böyüyən dilin bir qisimi alındı. Təxminən üç əməliyyat da keçirəcəyi gözlənilən Karabulutun bir neçə ay müşahidə altında tutulacağı öyrənildi. Ata Eyüp Karabulut, əməliyyat sonrası İHA müxbirinə verdiyi açıqlamada, "Allaha çox şükr, oğulum bu gün ilk əməliyyatını keçirdi. İnşallah ən qısa zamanda sağlamlığa qovuşar. Uşağımın müalicəsi üçün yeni bir dövrün başlamasına vəsilə olan başda baş nazirimiz Əhməd Davutoğlu olmaqla hamıya və sizlərə çox təşəkkür edirəm” deyib.