Samir Əsədli: “Moskvanın avtoritar hakimiyyəti Azərbaycanı özündən asılı etməkdə maraqlıdır”
ÜAK-ı bağlamaqla Rusiya Azərbaycana təzyiq edir
07:11 20.09.2017
Arxiv
623
Əli Oruclu: “Məncə, Konqresdən daha güclü, daha mütəşəkkil təşkilat yaratmaq mümkündür”
Samir Əsədli: “Moskvanın avtoritar hakimiyyəti Azərbaycanı özündən asılı etməkdə maraqlıdır”
Samir Əsədli: “Moskvanın avtoritar hakimiyyəti Azərbaycanı özündən asılı etməkdə maraqlıdır”
Dünən Ümumrusiya Azərbaycan Konqresinin apelyasiya şikayətinə baxılıb. Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası ÜAK-ın şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
ÜAK prezidenti Fazil Qurbanov bildirib ki, qərardan Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət olunacaq. Əslində apelyasiya məhkəməsindən müsbət qərarın çıxacağı gözlənilirdi. Ən azından son aylar yaşanan müəyyən proseslərin fonunda buna ümid edilirdi. Ancaq belə demək mümkündürsə, son ümidlər də puç oldu. Uzun zamandır müzakirə olunan ÜAK-ın qeydiyyatının ləğvi müxtəlif cür şərh edilir. Bir qisim məsələnin ciddi olduğunu düşünür və ölkəmizə təzyiq kimi dəyərləndirir. Digər tərəf isə hesab edir ki, bir qurum bağlanırsa, yerinə başqa təşkilat yaratmaq və yola davam etmək lazımdır.
Qərarla bağlı "Şərq”ə danışan Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri, politoloq Əli Oruclu deyib ki, ÜAK-ın bağlanmasına faciə kimi baxmaq lazım deyil:
"ÜAK-ın qeydiyyatının ləğv edilməsini Azərbaycana qarşı təzyiq kimi qiymətləndirməzdim. Azərbaycana təzyiqlər daha çox Qərbdən edilir. Rusiyalı rəsmilərin dediyinə görə, qeydiyyat məsələsində hansısa prosedur qaydalar pozulub. Məncə, irəliyə baxmaq və Konqresdən daha güclü, daha mütəşəkkil təşkilat yaratmaq mümkündür. Bu məsələdə ilişib qalmaqdansa, yola davam etmək daha faydalıdır. Amma bu heç də o demək deyil ki, hüququn verdiyi imkanlardan imtina edilməlidir. İstənilən məhkəmələrə müraciət edilə bilər. Lakin düşünmürəm ki, ÜAK-ın bərpası Rusiya məhkəmələrində mümkün olsun”.
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə qərarı Azərbaycana təzyiq kimi xarakterizə edib:
"Rusiya Ali Məhkəməsinin qərarı müxtəlif cür dəyərləndirilir. İstənilən halda Rusiya Azərbaycana təzyiq edir və bu imkana sahib olduğunu hər fürsətdə gündəmə gətirir. Moskvanın avtoritar hakimiyyəti Azərbaycanı özündən asılı etməkdə maraqlıdır. Kreml tərəfindən atılan bütün addımlar bu istiqamətdə həyata keçirilir. ÜAK-ın ləğvi də onlardan biridir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya