Ucarda doğuşdan sonra ölən qadının həkimi açıqlama verdi
12:23 23.04.2014
Arxiv
521
Ucar rayonunda doğuşdan sonra həyatını itirən qadını əməliyyat edən cərrah ölüm faktı ilə bağlı açıqlama verib.
Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Cavanşir Qədirov APA-nın yerli bürosuna açıqlamasında deyib ki, aprelin 21-də 20 yaşlı Zərdab rayon sakini Sayad Abdulrəhmanova doğuş üçün xəstəxanaya yerləşdirilib. Təbii doğuş mümkün olmadığından elə həmin gün qeysəriyyə əməliyyatı yolu ilə doğuş həyata keçirilib. Həkimin sözlərinə görə, 1 gün sonra ayın 22-də saat 11:00 radələrində xəstəxananın tibb bacısı xəstənin palatada yerdə huşsuz vəziyyətdə olduğunu görüb.
S. Abdulrəhmanovanın hansı səbəbdən yıxılması hələlik məlum deyil. Xəstənin vəziyyətinin get-gedə pisləşdiyini görən həkimlər Bakıdan həkim briqadası çağırsalar da, onu xilas etmək mümkün olmayıb. Qadın aprelin 23-də, gecə saat 00:30 radələrində dünyasını dəyişib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Ucar Rayon Şöbəsinə təhvil verilib.
S. Abdulrəhmanovanın ölümünün dəqiq səbəbi ekspertizanın rəyindən sonra dəqiq məlum olacaq.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət