Ucarda oğlan 15 yaşlı qızı qaçırıb, əlaqədə olduğu digər qızı isə öldürüb
21:20 20.12.2018
Arxiv
617
Ucar rayon Polis Şöbəsinin əməkdaşları dekabrın 19-da üst-üstə ağlasığmaz cinayətləri törədən oğlanı saxlayıb. Ucar rayonunun kəndlərindən birinin 22 yaşlı sakini İ.Ç. gənc qohum qızı öldürməkdə, üstəlik yetkinlik yaşına çatmamış qızla cinsi əlaqədə olmaqda günahlandırılır.
Bu barədə Sputnik Azərbaycan-a Ucar rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
İ.Ç. qonşuluqda yaşayan qohumu Q.Q.nın qətlə yetirilməsində şübhəli bilinərək saxlanılıb. Dekabrın 14-də Ucar rayon Polis Şöbəsinə gənc qızın itdiyi barədə məlumat daxil olub. Qızın üzərində 21 bıçaq yarası olan cəsədi dekabrın 16-da kənd kənarındakı otlaq ərazisində tapılıb. Qız dekabrın 9-da evdən çıxıb. Qatil təkcə qıza bıçaq zərbələri endirməklə kifyətlənməyib, həm də onun başını kəsib.
Araşdırma zamanı məlum olub ki, İ.Ç. və onun qurbanı əvvəllər intim əlaqədə olublar. Bu yaxınlarda cavan oğlan digər 15 yaşlı qızı evlənmək məqsədilə qaçırıb. Qaçırılan qızın atası bu barədə polisə şikayət edib. Cinayət-axtarış şöbəsinin əməliyyatçıları yeniyetmənin axtarışına başlayıblar və onu Bakıda İ.Ç.-nın yanında tapıblar. Məlum olub ki, paytaxtda gənc oğlanla həddi buluğa çatmayan qız arasında intim münasibətlər olub.
Qız ata evinə qaytarılıb. Lakin sonra qaçırılmış qızın valideynləri ilə İ.Ç-nın valideynləri arasında barışıq olub. Onlar qərara gəliblər ki, cavanlar evlənsinlər. Cinayət işinin materiallarında qeyd olunduğuna görə, bu hadisədən sonra oğlanın qohumu Q.Q. onların evlərinə gedərək oğlanı qeyri-sağlam hərəkət etməkdə və sözünün üstündə durmamaqda, onu buraxaraq başqası ilə evlənməkdə günahlandırıb. Qohumlar arasında baş verən münaqişə zamanı onlar bir-birini qarşılıqlı sürətdə ittiham ediblər. Qız oğlanın ailəsini onun azyaşlı bacısının başına oyun gətirməklə qisasını alacağı ilə hədələyib.
İ.Ç. tezliklə Bakıya qayıdıb, lakin qohum qızın dedikləri onun fikrindən çıxmayıb. O, balaca bacısını gözləyən təhlükəni aradan qaldırmaq qərarına gəlib. İ.Ç. kəndə qayıdaraq qohumu olan Q.Q. ilə əlaqə yaradıb. O, qızı söhbət etmək bəhanəsilə otlaq sahəsinə çağırıb və orada öldürüb. Təqsirləndirilən şəxs dindirilmə zamanı görüşdən əvvəl bıçağını itilədiyini etiraf edib.
Hazırda faktla bağlı rayon prokurorluğunda istintaq gedir. Bununla yanaşı, azyaşlının qaçırılması və onunla cinsi əlaqəyə girmə faktı ilə bağlı cinayət işinin materialları Bakıya göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya